20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə gül dəstələri qoyub və ruhlarına dualar oxuyublar. Daha sonra İnstitutda anım tədbiri keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik İradə Hüseynova Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. Akademik qeyd edib ki, otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir”. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclis 1994-cü il mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Gənc alim və mütəxəssislər şurasının üzvü Zərintac Rüstəmova çıxış ediblər. Qeyd olunub ki, dünyada hər bir azərbaycanlı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş “Qanlı Yanvar” faciəsini xatırlamalı və həmin gün canlarından keçənlərin xatirəsini yad etməlidir. Bu millətimiz üçün çox vacibdir. Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub və bu hadisə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi yolunda atdığı ən böyük addım idi. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.