BƏYBALA MİRZƏYEV:
Görüş yeri - Moskva...
Ermənilərin "Hraparak" qəzeti iddia edir ki, bu gün Moskvada keçiriləcək Əliyev-Paşinyan-Putin görüşündə hər iki ölkənin (Azərbaycan və Ermənistanın) qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı protokol da imzalanacaq.
Belə bir protokol imzalanarsa, bu, proseslərin "ölü nöqtə"dən tərpənməsinə həqiqətən də real töhfə olar. Zatən Moskvanın ayrı yolu da yoxdur.
Moskva ya ərazi bütövlüyünün tanınması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, sərhədlərin delimitasiyası və yekun sülh müqaviləsinin imzalanması istiqamətində sözdən işə keçməli, real addımlar atmalıdır, yadaki "offsayd"da qalmağı ilə barışmalı və moderatorluğu Brüssel və Vaşinqtona güzəştə getməlidir.
Bunların heç biri olmayacaqsa, deməli, Rusiyanın Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasında maraqlı olmadığı növbəti dəfə öz təsdiqini tapmış olacaq.
Vaşinqton və Brüssel görüşlərindən sonra və eləcə də Kişinyov görüşü ərəfəsində Moskvanın sadəcə görüntü xatirinə üçtərəfli görüş keçirməsi Rusiyaya qarşı inamsızlığı daha da artıra bilər.
Rusiyanın artıq "nə əldən qoyur, nə yardan doyur" davranışından əl çəkməyinin zamanı gəlib çatıb. İndi nə Azərbaycanı, nədəki Ermənistanı dekorasiya xarakterli görüşlərlə aldatmaq mümkün deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.