BƏYBALA MİRZƏYEV:
"Gec partlayan mina"lar...
Nikol Paşinyanın Avrasiya İqtisadi Şurasının dünənki iclasında yol verdiyi əsl ermənisayağı həyasızlığının bir səbəbi də 10 noyabr Bəyanatının mətnindəki "gec partlayan mina"larla bağlıdır.
Məlum olduğu kimi 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının əsas müəlliflərindən biri də məhz Putindir. Və budur, Putinin üç il öncə 10 noyabr Bəyanatının mətnində yerləşdirdiyi "mina"lar indi partlamağa və bizə zərər verməyə başlayır.
Belə "mina"lardan biri Zəngəzur dəhlizi, digəri isə Laçın yoluyla bağlıdır.
2020-ci ilin oktyabr-noyabr aylarında Üçtərəfli Bəyanatın mətni hazırlanarkən, Azərbaycanı onun ayrılmaz bir parçası olan Naxçıvanla birləşdiriləcək kommunikasiyanın, yolun açılması nəzərdə tutulub. Lakin bu sözügedən Bəyanatın mətnində konkret olaraq "Zəngəzur dəhlizi" kimi qeyd olunmayıb. Paşinyan da dünən erməni hiyləgərliyi ilə Bəyanatın mətnində məhz "Zəngəzur dəhlizi" ifadəsinin olmaması faktını həyasızcasına qabardırdı.
Görürsünüzmü, zamanında bəyanatın mətnində ikicə kəlmənin qeyd olunmaması indi bizim əleyhimizə işləyir.
Digər məqam isə 10 noyabr Bəyanatının mətnində "Laçın dəhlizi"nin statusu, təyinatı qeyd olunduğu halda, lakin həmin "dəhliz"in (əslində isə yolun) başlanğıcında - yəni ki, Azərbaycan-Ermənistan sərhədində nə vaxtsa Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin yaradılacağı, post qurulacağı məsələsi öz əksini tapmayıb. Və bu da bu gün bizə ciddi problemlər yaradır. Paşinyan ötən gün bu məqamdan möhkəm-möhkəm yapışaraq Laçın yolunun yol yox, "dəhliz" olduğunu sübut etməyə, Laçın yolunda qeyri-qanuni olaraq post qurduğumuzu car çəkməyə çalışırdı.
Hal bu ki, 10 noyabr Bəyanatında nəyin yazılıb-yazılmamasından asılı olmayaraq Laçın bizim ərazimizdir və Ermənistanla sərhədimizdə post qurmaq da bizim müstəsna hüququmuzdur.
Amma biz bu gün Paşinyanın ifasında çılğın erməni fantaziyası və həyasızlığı ilə üzləşiriksə, deməli, bundan sonra Vaşinqton, Brüssel, Moskva, Praqa, Kişinyovda imzalanacaq üçtərəfli sənədlərdə, eləcə də yekun sülh sazişində hətta ən kiçik nüansları da nəzərə almalı və heç bir boşluqlara yol verməməliyik ki, həmin boşluqlar da sonradan öz əleyhimizə işləməsin.
P.S.
10 noyabr Bəyanatındakı bu cür boşluqlar və mübahisəli məqamlar Azərbaycanla Ermənistan arasında gərginliklərin, münaqişələrin heç vaxt bitməməsini istəyən Putinin maraqlarına cavab verir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.