BƏYBALA MİRZƏYEV:
Mehriban düşmənlərin "tvit"ləri...
Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini əslində hamı bilirdi. Lakin bəzi dövlət başçıları isə son ana qədər ümidlərini itirməyib, Ərdoğanın məğlubiyyətini gözləyirdi.
Ancaq işin ən maraqlı tərəfi də budur ki, elə həmin dövlət başçıları da seçkidən sonra Ərdoğanı qələbə münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayan dünya liderlərinin arasında məhz ilk sıralarda yer aldılar.
Söhbət ilk növbədə Fransa prezidenti Emmanuel Makrondan, İran prezidenti İbrahim Rəisidən və Ermənistanın baş naziri Nikol Paşinyandan gedir.
Bəli, bu adamlar üzlərinə üz qatıb Ərdoğanı təbrik etməyə tələsdilər.
Düzdür, Rəisi və Paşinyanın təbrik mətnləri standart məzmunda yazılmışdı. Ancaq Makron isə özünü artistliyə vuraraq, sanki Türkiyəni çox istəyən və Rəcəb Tayyib Ərdoğanın ən yaxın dostu kimi "tvit" atdı.
Fransa lideri Tvitter hesabında belə yazıb:
“Fransa və Türkiyənin birlikdə aşacaqları böyük sınaqlar var. Avropaya sülhün qaytarılması, Avro-Atlantik İttifaqımızın gələcəyi, Aralıq dənizi. Yenidən seçilməsi münasibətilə təbriklərimi çatdırdığım prezident Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik”.
"Mehriban düşmən" səmimiyyəti ilə yazılmış bu cür təbriklər onu göstərir ki, Ərdoğan seçkilərdə əldə etdiyi yüksək nəticə ilə Türkiyənin düşmənlərinə öz qələbəsini yedizdirməyi bacardı.
Odur ki, bu qələbə təkcə PKK-HDP çətələrinin, FETÖ törtöküntülərinin, hər cürə liberastların, federalistlərin, bölücülərin məğlubiyyəti deyil. Bu, həm də bütün türk düşmənlərinin məğlubiyyətidir.
P.S.
Məğlublarla birlikdə irəliləmək və ya işləmək isə Ərdoğan üçün çox maraqlı olacaq. Daha doğrusu, Ərdoğan Makron kimi məğlublarla birlikdə irəliləməyəcək, əllərini ədalı-ədalı onların çiyinlərinə qoyub, psixoloji cəhətdən onları küçümsəyəcək.
Və yaxud, biraz yumorla desək, adam onlarla sadəcə məzələnəcək )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.