MÜŞFİQ ƏLƏSGƏRLİ:
Bakı bulvarında tozsoranların parklar üçün uyğunlaşdırılmış versiyasından niyə istifadə edilmir?
Bakı bulvarında ( Dənizkənarı Milli Park) təmizliyin təmin edilməsinə ciddi diqqət yetirilir. Sağ olsunlar - idarəçilər və işçilər -yuxularına haram qatıb sübh tezdən əraziyə çıxırlar, isti soyuq, yağış -yağmur bilmədən ərazini qaydaya salırlar ki, gələnlər rahat olsunlar. Çalışanların əziyyəti küləkli havalarda 2 qat artır. Süpürüb topladıqlarını külək sovurub dağıdır, onlar da ardınca qaçıb yenidən yır-yığış edirlər. Anlamağa çətinlik çəkdiyim məqam da işin bu hissəsi ilə bağlıdır. Meqapolislərdə süpürgə ilə yer təmizləmək vərdişi çoxdan aradan qalxıb. Bildiyimiz tozsoranların küçə, meydan və parklar üçün uyğunlaşdırılmış versiyasından istifadə edilir. Bahalı olmayan bu avadanlıq əlçatandır, Bakı bulvarında tətbiq edilməsi həm çalışanlar, həm idarəçilər, həm də ərazidə gəzişənlər üçün rahatlıq yaradardı. Niyə tətbiq edilmir? Anlamaq olmur.
ŞƏRHLƏRDƏN:
Samir Mustafayev:
Ağ şəhər bulvarında hələ də damcı suvarma sistemi yoxdur...
Mushfiq Alasgarli:
Samir Mustafayev , məsələ ondadır ki, Bakı bulvarı gözəlliyinə, səliqəsinə, təmizliyinə görə dünyanın məşhur şəhərlərinin parkları ilə müqayisə oluna bilər. Yüksək səviyyədə hər şey təmin olunub. Bu, şübhəsizdir. Amma xırda-para elementlər var ki, ya diqqətlərindən qaçır, ya da diqqət yetirmək istəmirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.