HƏBİB MİSİROV:
İnsan dövlətinə asi olarmı, düşmənin dəyirmanına su tökərmi?
“Qələbəmizi həzm edə bilməyən, uğurlarımızdan narahat olan, inkişafımızdan, xüsusən də işğaldan azad etdiyimiz Qarabağımızda aparılan böyük quruculuq işlərindən, Böyük Qayıdışa artıq start verilməsindən pərişan olan daxili və xarici düşmənlərimiz özlərinə yer tapa bilmirlər. İndiyədək Qarabağımızın işğal olunduğunu və bu torpaqların bizə bir daha qayıtmayacağına sevinənlər, təbliğ kampaniyalarını bu istiqamətdə yürüdənlərin və bundan siyasi divident kimi istifadə edənlərin arzisi puç oldu. Düşməni başa düşmək olar, onların bizə dost münasibəti göstərəcəklərini də gözləmirik, cibində Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi gəzdirən şəxsiyyəti olmayanlara nə ad qoymaq olar. İnsan yurduna, yuvasına, doğma torpağına, dövlətinə asi olarmı, düşmənin dəyirmanına su tökərmi? Bunu ancaq ləyaqətsizlər edər, şərəfini itirənlər bu istəkdə olarlar”. Bunu açıqlamasında YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib.
YAP Kəlbəcər rayon təşkilatının sədri bildirib ki, özünü azərbaycanlı sayan, xalqına və millətinə qənim kəsilən, yalançı vətənpərvərliyi ilə hamının nifrətini qazanan Tofiq Yaqublu kimilərin ermənilərlə ortaq mövqedə olması, həm də bizimlə eyni coğrafi ərazidə yaşaması, eyni havanı udması qəbuledilməzdir: “O, antiazərbaycanlı adına ləkədir, avantürist, xəyanətkarın birisidir. Məhz indi təmsil olunduğu partiyanın da hakimiyyətdə olduğu illərdə torpaqlarımız düşmən əlinə keçdi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa və digər rayonlarımızı ermənilər işğal etdi. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin azadlıq yürüşü, torpaqlarımızı düşməndən 44 gün ərzində geri alması, qalalarımızın fəth edilməsi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan erməni işğalçı ordusundan təmizlənməsi bu tip adamların gecələr yuxularını ərşə çəkib. Onlar bütün imkanları ilə əldə edilə bütün uğurlarımızın əlehinə çıxış edirlər. Belə psevdovətənpərvərləri artıq hamı tanıyır və onlara inananların sırası çox seyrəkdir” mövqe tutması başadüşülən deyil. İnternet kanallarında xalqın, dövlətin əleyhinə sayıqlamalarla çıxış edən bu cılız düşüncə sahibi hələ də anlamır ki, artıq 1990-cı illər geridə qalıb”.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.