Faiq İsmayılov:
Qərbi Zəngəzur abidələri:- Xnzirək (Xndzoresk) kəndi
Xınzirək (Qaranlıq dərə) ermənilərin (Xndzoresk) adlandırdıqları kənd XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub.
Kənd, Laçın şəhərindən 15 km qərbdə, Gorus şəhərindən 8 km şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk (Xnzirək) adlandırılmışdır.
(Şəkil-01)
Kənd XIII əsrdə Tatev icmasının Alban katolokosluğunun tabeçiliyində olan kəndlərdən biri idi. Tatev İcması o dövrdə Zəngəzurun 45 kəndini ətrafında birləşdirirdi. İcma rəhbərləri Tatev Monastrında otururdular. Qaranlıq dərə kəndinin əhalisi vergilərini monastra ödəyirdilər. Kəndin yaşayış evləri əsasən qayalarda oyulmuş kahalardan ibarət idi. Bu kahalar bəzən elə hündürdə tikilirdi ki ora kəndirdən hazırlanmış pilləkənlərlə çıxırdılar. Kahalar yerləşən qayalar dərə boyu 3 kilometr məsafəyə uzanırdı.
Kəndin dik yamaclarda yerləşən (yaşayış evlərindən) mağaralardan birinin damı digər yaşayış evi (mağara) üçün həyət kimi istifadə olunurdu. Beləliklə, kənardan baxanda dağın yamacı uzaqdan nəhəng çoxmərtəbəli binaya bənzəyirdi. Qədim mağara kompleksi Qaranlıqdərə kəndinin məşhur, baxımlı abidələrindən hesab olunur.
(Şəkil-02)
Xnzirək (Qaranlıq dərə) kəndi qayalı dağ birləşmələrinin və strukturlarına əl ilə oyulmuş mağara yaşayış məntəqələrinin mənzərəli, mənzərələri ilə məşhurdur. Bu ərazinin həm də inanılmaz gözəl təbiəti var. XX əsrin əvvəllərində Xnzirək kəndində 8 mindən çox əhali yaşayırdı. 1913-cü ildə kənddə 27 dükan və 7 məktəb olduğu barədə məlumat verilir.
Kəndin ətrafında qədim qəbristanlıq, antik qala, iki bulaqüstü abidə, Alban memarlığının nadir nümunələrindən olan Bazilika və üç sovmə olub. Ermənilər bu kənddə məskunlaşdırıldıqdan sonra Bazilika və sovmələri eləcədə bəzi mağaraları erməni kilsələri adlandırsalarda ermənilər heç vaxt bu dini tikililərdə ibadət etmədilər. Bu qədim memarlıq abidələri baxımsızlıqdan yararsız hala düşdülər onların bəziləri tamam uçüb dağıldılar.
Ermənistan rəhbərliyi burada yaşayan azərbaycanlıları son nəfərinə qədər XX əsrin ortalarına qədər “təhlükəsiz ərazilərə köçürmək” bəhanəsi kənddən köçürdülər. Xnzirək (Qaranlıq dərə) kəndi tarixə çevrilərək xatirələrdə yaşamağa başladı.1950-1958-ci illərdə Ermənistan Hökuməti Xnzirək (Qaranlıq dərə) kəndinin şimalındakı yaylada “Yeni Xnzirək” adlı yeni kənd tikdilər. Lakin “Yeni Xnzirək” kəndində azərbaycanlıların məskunlaşmasına icazə verilmədi. Azərbaycanlılar əbədi olaraq bu ərazini tərk etdilər.
Ermənilər Köhnə Xnzirək kəndində və kəndin ətrafındakı qədim inzibati yaşayış məskənlərinin qalıqlarını, istehkamları sökərək Yeni Xnzirək kəndində yeni tikilməyə başlayan evlərin tikintisində istifadə edirdilər.
Xnzirək kəndin iqlimi mülayimdir, ərazisi meşəlik deyil, torpaqları münbitdir, genişdir, lakin suvarılmır burada kənd təsərrüfatı məhsulları dəmyə yetişdirilir.
Hal-hazırda Köhnə Xınzirək kəndirin xarabalıqları Ermənistanın gəlir mənbəyinə çevrilib. Yüksək dağlıq ərazidə yerləşən və əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kəndin xarabalığı, indi ekskursiyalar üçün mühüm yer kimi fəaliyyət göstərir.
Beləki, 2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədi ilə Ermənistan Respublikası Tatev monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 m uzunluğunda dünyanın ən uzun dayanacaqsız iki tərəfli kanat yolunu inşa etdilər. Kanat yolu Tatev monastırı, Xnzirək və Əlidərə kəndlərini birləşdir. 25 milyon dollar dəyəri olan Kanat yolu layihəsini İsveçin “Doppelmayr/Garaventa group” şirkəti tərəfindən həyata keçirilmişdi. Kanat yolu 2012-ci ildə istifadəyə verildi.
Kəndin əsas diqqətçəkən cəhəti 2012-ci ildə istifadəyə verilmiş 160 metrlik asma körpüdür. Körpü dərənin uçurumundan 63 metr hündürlükdə qurulub. Körpü köhnə Xnzirək kəndi ilə yeni Xnzirək kəndini birləşdirən mühüm logistik funksiyanı yerinə yetirir.
Qərbi Zəngəzurun köhnə Xnzirək kəndi öz tarixini uzun əsrlər boyu yaşadaraq bu günümüzə qədər gətirib çıxardı. Dəfələrlə dağıntılara, etnik təmizləmələrə, zəlzələlərə məruz qaldı lakin öz əzəmətini gözəlliyini itirmədi. Son 100 ildə bu kənd ətrafına yerləşdirilən ermənilər tərəfindən toponimləri yer adları dəyişdirildi, sovmələri erməni kilsələri, bazilikası erməni monastrı adlandırıldı. Lakin bu kilsə və monastr adlandırılan binalarda ermənilər ibadət etməyə qorxdular. 100 il bu binalarda ibadət edilmədi, binalar öz əzəli sakinlərini gözlədi. Kahalar, evlər, ermənilər tərəfindən söküldü, dağıdıldı.
Xınzirək (Qaranlıqdərə) ermənilərin (Xndzoresk) adlandırdıqları kəndin məhz ermənilər tərəfindən xarabalığa çevrilən xarabalıqları, öz ecazkarlığı ilə görənləri heyrətə gətirdi. Hər il yüzlərlə insan bu xarabalıqların cazibəsini duymaq üçün axın-axın bu kəndə səyahət gəlirlər.
Köhnə Xnzirək, şübhəsiz ki, sən hər cür tərifə layiqsən. 30 il sonra Şərqi Zəngəzura qayıtdığımız kimi mütləq bir gün sənə də qayıdacağıq.
Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.