MÜŞFİQ ƏLƏSGƏRLİ:
Rusiya sülh müqaviləsindən niyə narahatdır?
Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlarda rusiyapərəst qüvvələr aktivlik göstərirlərsə, Qarabağa qanunsuz silahdaşımalarını Rusiya hərbçiləri müşaiyət edirlərsə, deməli proses ümumilikdə Rusiya tərəfindən koordinasiya edilir. Rusiya sülh prosesinin irəliləməsindən narahatdır və hər vəchlə onu əngəlləməyə çalışır. İyunun 15-də Ermənistan ərazisindən Laçın sərhəd buraxılış məntəqəsinə atəş açılmasında da Ermənistandakı rusiyapərəstlərin əlləri görünür. Ermənistan hərbi strukturlarında güclü mövqeyi olan bu qrup sülh prosesinin pozulması üçün bütün vasitələrdən istifadə edir. İndiki təxribatın da məhz sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyi şübhəsizdir.
Təkcə Paşinyan komandası deyil, bütün Ermənistan ictimaiyyəti bu tendensiyanın dayandırılması üçün təşəbbüs göstərməlidir. Çünki, sonucda ən böyük zərbə elə onlara dəyir. 15 iyun təxribatına cavab olaraq, Laçın nəzarət-buraxılış məntıqəsindən keçid prosesi dayandırılıb. Həmçinin, Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.