COĞRAFİYAÇI ALİM TƏDRİS MODULLARININ TƏTBİQİ HAQQINDA HESABAT VERİB
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi c.ü.f.d. Natəvan Cəfərova Gürcüstanın Tbilisi şəhərində, İlia Dövlət Universitetində Dağ Regionlarının Davamlı İnkişafı üçün Qafqaz Şəbəkəsi (SCAC) layihəsinin və Cenevrə Universitetinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük regional seminarda iştirak edib.
20 Qafqaz universitetinin 30-a yaxın alim və mütəxəssisinin iştirak etdiyi seminar mövcud kursların daha da təkmilləşdirilməsi və ya yeni modulların işlənib hazırlanması üçün “Fəlakətlərin idarə edilməsi” və “Təhlükələrin Xəritələşməsi” mövzusunda tədris modullarının tətbiqi və bu sahə üzrə layihə çərçivəsində hazırlanmış materialların istifadəsinə həsr olunub.
Coğrafiyaçı alim Azərbaycanda elm və təhsil müəssisələrində tədris modullarının tətbiqi və təkmilləşdirilməsi prosesi haqqında hesabatla çıxış edib. 2022-ci il ərzində Cenevrə Universiteti tərəfindən təqdim olunmuş materialların Azərbaycanın uyğun müəssisələrində tətbiqi haqqında olan hesabat layihə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. N.Cəfərovaya ölkəmizdə bu sahədə mütəxəssislərin seçilməsi həvalə edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.