BDU tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəliblər
Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının nəticələri açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) tələbələri müsabiqə-festivalda bədii qiraət, xor ifaçılığı və milli rəqs janrları üzrə təmsil olunublar.
Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Eltac Abbasov, İnformasiya və sənəd menecmenti fakültəsinin III kurs tələbəsi Nilufər Qəhrəmanova bədii qiraət üzrə, BDU-nun Qazax filialı, Pedaqoji fakültəsinin tələbəsi Bəsti Alıcanova xalq mahnısı ifaçılığı üzrə I, qızlardan və oğlanlardan ibarət rəqs kollektivi milli rəqs üzrə II, xor kollektivi isə III yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Bundan əlavə, Universitetin bir qrup tələbəsi müsabiqə-festivalda fəal iştirakına görə diplomlarla təltif ediliblər.
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev festival-müsabiqədə qalib olan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.