BƏYBALA MİRZƏYEV:
Rəisinin ecazkar namazı...
/Yarızarafat qeydlər/
Hər şey bu adamın bu ilin yanvarında Kremldə namaz qılmağından sonra başladı. Söhbət İran prezidenti İbrahim Rəisidən gedir.
Cənab Rəisi yanvarın 19-da Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Kreml binasında axşam namazı qılıb. Və elə o namazla da Putinin "fatihə"sini oxuyub.
Rəisinin namazı elə-belə namaz deyil. Onun namazı ecazkar namazdır. Hətta daşdan da keçir.
O hadisədən sonra sanki Rusiyaya və Putinə həqiqətən də bəd dua olunub. Necə deyərlər, cəmi bir namazla qosqoca Rusiyanın qaraçuxası yatmağa başlayıb.
Deyəsən, həmin namazın təsir dairəsindən çıxmaq üçün, Rusiya prezidenti Vladimir Putin bu gün İran prezidenti İbrahim Rəisini yığıb və onunla düz 1 saat telefon danışığı aparıb.
Kremlin mətbuat xidməti sözügedən telefon söhbəti barədə belə bir məlumat yayıb:
"İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib. Ticarət, enerji və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki şəkildə həyata keçirilməsi vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Cənubi Qafqazda sabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub. Vladimir Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Kontaktları davam etdirməklə bağlı razılıq əldə olunub".
Deyilənlərə görə, üsyankar Priqojinin dilini-ağzını "bağlamaq" işində Rəisi də Lukaşenkoya kömək edib. Rəisi onunçün də iki rükət namaz qılıb və bir-iki dua pıçıldayıb, Priqojini yola gətirib.
Bəli, Rəisinin namazında böyük hikmətlər gizlənir.
İran prezidenti bu gün iki daşın arasında macal tapıb, Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edib. "Sputnik Armenia" yazır ki, onlar söhbət zamanı ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə ediblər.
Və yəqin ki, bu axşam Rəisi Paşinyan üçün də iki rükət namaz qılacaq...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.