Rafael Hüseyn:
QUTSAL ADLA BAŞLANAN YENİ DÖNƏM
Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyindəki Dissertasiya Şurası yeni dönəmdə 3 illik fəaliyyəti üçün yolunu iyunun 25-də Nəzakət Məmmədlinin "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunda elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi ilə başladı. Dissertasiya Şuralarının təsdiqi bir qədər gecikdiyindən əksər Şuralar yeni dönəmdə ilk müdafiələri artıq oktyabrda təşkil edə biləcəklər. Buna bir səbəb də iyun ayının bayramlı - 1 həftəlik tətillə tamamlanmasıdır. İyul-avqust aylarında isə bir qayda olaraq Şuralar məzuniyyətlərlə bağlı işini dayandırır. Müdafiənin 3 ay itirmədən baş tutması üçün ixtiyarımızda bircə, əslində bazar günü olan, amma təqvimdə dəyişiklik edilərək iş gününə çevrilmiş 25 iyun vardı. Mənsə, iyunun 19-dan başlanan həftənin əvvəlindən Avropa Şurası Parlament Assambleyası yay sessiyasının iclaslarında iştirak etməkçün Strasburqdaydım. Nümayəndə heyətimizin, o sıradan mənim qayıdış biletlərimiz irəlicədən alınmışdı və Bakıya bazar günü axşam yeişəcəkdik. Ancaq mən biletimi dəyişdirdim və 1 gün öncədən özümü Vətənə çatdırdım. Əvvələn, istədim ki, Dissertasiya Şuramız yay tətilinə artıq ciddi bir işi görərək yollansın. Digər tərəfdən də ömrünün son 23 ilini bu vacib mövzunun araşdırılmasına həsr etmiş Nəzakət Məmmədlinin daha 3 ay itirməsini rəva görmədim.
Nəzakət xanım orta çağ ədəbiyyatımızın dəyərli araşdırıcılarındandır, o dövrün ədəbi irsinin isə hərtərəfli və dərindən öyrənilməsinə çox ehtiyac var, təəssüf ki, heç də asan olmayan bu istiqamətə üz tutanların sayı ildən-ilə azalır.
Nəzakət xanım illərdir ki, sədaqətlə bu yolda irəliləyir və müsəlman Şərqinin müqəddəslər cərgəsində yer almağa layiq ulularından olan Fəriddədin Əttarın etibarlı araşdırıcılarındandır.
Nəzakət xanımın həyat yoldaşı professor Nadir Məmmədli mənim köhnə dostumdur və buna da əminəm ki, son 20 ildən artıq müddətdə Nəzakət xanım ondan çox Əttarla ünsiyyətdə olub. Nəticəsi də səviyyəli doktorluq dissertasiyası!
Nəticəsi də Dissetrasiya Şurası üzvlərinin bu işə yekdilliklə müsbət səs verməsi!
Təbrik edir, yeni uğurlar arzulayıram!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.