Koronavirus ölümlərinin əksəriyyəti əvvəllər mövcud olan xəstəliklərdən qaynaqlanır
İllinoys ştatının Şimal-Qərb Universitetinin (ABŞ) bir qrup pulmonoloqu koronavirus pandemiyası zamanı ölümlə bağlı araşdırma aparıb, Science Alert yazır. İnsanların əksəriyyəti koronavirusdan ölməyib. Koronavirus insanlarda əvvəllər mövcud olan sağlamlıq problemlərini kəskinləşdirib. Belə ki, koronavirusdan ölən xəstələrin 89 faizində digər xəstəliklər, məsələn, ürək-damar xəstəlikləri və onkologiya var. Bundan başqa, ölənlərin əksəriyyətinin yaşı 65-dən yuxarı olub. Tədqiqatçılar həmçinin tənəffüs aparatına qoşulmağa ehtiyacı olan xəstələrdə ikincili bakterial pnevmoniya inkişaf etdirdiklərini də aşkar etdilər. Pnevmoniyadan ölüm nisbəti koronavirusdan daha yüksək idi. Amerikalı pulmonoloqlar pandemiya ilə əlaqədar digər xəstəlikləri də nəzərdən qaçırmamağı xatırladıblar. Onlar xəstələrin səhhətində yaranan hər hansı problemi vaxtında aşkar etmək üçün adi müayinələri, məsləhətləşmələri və mütəxəssislərlə müalicələrini davam etdirməyi tövsiyə ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.