Faiq İsmayılov:
İctimai Şuralara seçkilərdə şəxsi mənafe, ictimai mənafeyi üstələyir
Azərbaycanda həyatımızın bütün sahələrində ictimai nəzarətin gücləndirilməsi, ölkədə inkişafın yüksəldilməsinə,narkomaniyanın, ailə və məişət zorakılığının, mədəni dəyərlərin qorunması, bərpası istiqamətində baş verən mənfi halların, korrupsiya və rüşvəxorluğun aradan qaldırılmasına kömək edə bilər. Bunun üçün QHT-lərdə çalışan sahə mütəxəsislərinin, xüsususəndə ölkənin ictimai həyatında tanınan ekspertlərin fəaliyyətinə üstünlük verilməli onların əməyindən istifadə edilməlidir.
Mütəxəsis və ekspetrlərin, ictimai iştirakçılığa cəlb edilməsində müvafiq dövlət qrumları maraqlı olmalıdır. Tanınmış ictimai xadimlərin bir çoxuna dəvətlər göndərilməli onlar üçün özəl iş şəraiti yaradılmalıdır. Hansısa bir dövlət qurumu yanında ictimai şuraya üzv olmaq istəyənlər, ölkənin digər qrumlarının ictimai şuralarında təmsil olunmasına yol verilməməlidir.
Bu yaxınlarda mən Mədəniyyət Nazirliyinin 30.05.2023 tarixli elanı ilə tanış oldum. Elanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydaları təsvir olunurdu. Mənim üçün kifayət qədər maraqlı təklif idi. Lakin elanda Seçicilərə dair tələblərlə tanış olandan sonra bu ictimai şurada təmsil olunmaqdan vaz keçdim.
Seçicilərə dair tələblərdə tələb olunur: - “İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;” Lakin bu elanda “mədəniyyət sahəsini təmsil edən vətəndaş cəmiyyəti institutları” ifadəsi yer almalı idi.
Belə çıxır ki, istər sahibsiz itlərin mühafizəsi ilə məşul olan, istər sosial sahələrdə çalışan, istər veteran təşkilatlar, istərsədə ekoloq təşkilatlar, Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə iştirak edə bilər, qalib olar və s. Bəs o zaman müsabiqədə qalib olmuş bu qeyri-peşəkarlar mədəniyyətimizə hansı töhfəni verə bilərlər? Ölkənin mədəni həyatı ilə bağlı hansı təşəbbüslərlə-təkliflərlə çıxış edə bilərlər?- Bu isə başqa bir məsələnin müzakirə mövzusudur.
Mənim məlumatıma görə Mədəniyyət Nazirliyi yanında ictimai şuraya üzv olmağa iddialı olanların hər biri əlavə 30-40 təşkilatın nümayəndələrini ona səs verməsi üçün qeydiyyatdan keçirirlər. Müsabiqə vaxtı iddialılar arasında “sən mənə səs ver, mən də sənə” prinsipi ilə bazarlıqlar başlayır. Belə iddialı namizədlərin bəziləri 5-6 bəlkədə daha çox Dövlət qrumlarının ictimai şuralarında təmsil olunanlar olurlar. Müsabiqə başlamazdan öncə qrtıq qaliblər məlum olur.
Bu cür neqativ halları aradan qaldırmaq üçün, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərinin aşağıdakı qaydada seçilməsini təklif edirəm:
⦁ İctimai Şuraya seçkidə seçici qismində yalnız mədəniyyət sahəsini təmsil edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
⦁ İctimai şuraya üzv olmaq istəyənlər, ölkənin digər Dövlət və ya özəl qrumlarının ictimai şuralarında təmsil oluna bilməzlər;
⦁ Mədəniyyət sahəsində tanınmış mütəxəsis və ekspetrlərin, ictimai şurada iştirakına üstünlük verilir.
Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.