BDU-da qızıl nanohissəciklərinin bioloji üsulla sintezi və tibbdə tətbiqi üzrə araşdırmalar davam edir
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Allium cepa L. qabığının sulu ekstraktından alınmış qızıl nanohissəciklərin (Au NPs) antipatogen, antioksidant, antikolinesteraz fəaliyyəti” (“Green synthesis and evaluation of antipathogenic, antioxidant, and anticholinesterase activities of gold nanoparticles (Au NPs) from Allium cepa L. peel aqueous extract”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 4.05) “Biomass Conversion and Biorefinery” jurnalında dərc olunub.
https://link.springer.com/article/10.1007/s13399-023-04362-y
Məlumdur ki, bioloji üsulla alınmış qızıl nanohissəciklər terapevtik xüsusiyyətə malikdir və müasir tibbdə geniş tətbiq edilir. Ona görə də işdə qızıl nanohissəcikləri ekoloji cəhətdən təmiz və səmərəli üsulla –allium cepa (AC) qırmızı qabıq (dəri) ekstraktından istifadə edilməklə sintez olunub. Qızıl nanohissəciklərin antibakterial və antioksidant fəaliyyəti, həmçinin asetilkolinesteraza (AChE) və butirilxolinesteraza (BChE) fermentlərinə inhibitor təsiri araşdırılıb, optik xassələri tədqiq edilib. TEM tədqiqatları əsasında nanohissəciklərin əsasən sferik formada olması və ölçülərinin 6.08-54.20 nm intervalında dəyişdiyi müəyyənləşdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.