Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
debatçıları tükənən təbii ehtiyatların müdafiəsi uğrunda mübarizə apardılar –
Finalda “Beşikdən Məzara” komandası qalib oldu
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qızıl Dövr” adlanan debat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Turnirdə “Dövlətlər tükənən təbii ehtiyatların istifadəsini məhdudlaşdırmalıdır” mövzusunda debat aparılıb. Mövzu üzrə “Nə Də Olsa Xətrin Var” və “Geridə Qalanlar” adlı iki komanda qarşılaşıb. Gərgin mübarizənin sonunda “Nə Də Olsa Xətrin Var” komandası qalib olub.
Finalda isə “Beşikdən Məzara” və “Nə Də Olsa Xətrin Var” komandaları üz-üzə gəlib. Çempion “Beşikdən Məzara” komandası olub.
Turnirin final və bağlanış mərasimində AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev və THİK-in sədri Şahmar Rəfili iştirak ediblər. Açılış nitqi ilə çıxış edən prorektor Orxan Naqdiyev belə turnirlərin gənclər üçün önəmindən bəhs edib. O, turnirin final mərhələsində iştirak edən bütün debatçılara uğurlar arzulayıb. Hər il davamlı şəkildə keçirilən vida turnirinin məzun debatçılarımızın xatirəsində xoş gün kimi qalacağını söyləyib. Onlara gələcək həyatlarında uğurlar arzulayıb.
THİK sədri Şahmar Rəfili gənclərin asudə vaxtlarını intellektual formada qurmalarını təqdirəlayiq hal kimi dəyərləndirib və tələbələr üçün bu cür turnirlərin, yarışların bundan sonra da təşkil olunacağını bildirib. O, AzMİU-nun bütün debatçılarına uğurlar arzulayıb.
Qalib komanda Orxan Naqdiyev və Şahmar Rəfili tərəfindən kubok və medallarla mükafatlandırılıb, turnirin ən yaxşı hakimi, ən yaxşı məşqçisi, ən yaxşı natiq debatçıları da sertifikatlara və medallara layiq görülüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.