Dünən Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı "Şahmat Ulduzları" turnirinə start verilib. Həmyerlimizlə birlikdə 10 zəka sahibinin dairəvi sistem üzrə mübarizə apardığı bu rapid yarışının ilk günü 3 tura yekub vurulub. Təəssüflər olsun ki, azərbaycanlı qrossmeyster start günü heç də yaxşı nəticə göstərə bilməyib. Belə ki, rusiyalı Sergey Karyakin və ispaniyalı Fransisko Valyexo ilə heç-heçə oynayan Rəcəbov Hindistan təmsilçisi Raunak Sadxvaniyə məğlub olub. Nəticədə də 3 oyundan 2 xal toplayan Teymur yarış cədvəlində 9-cu yerdə məskunlaşıb. Bu gün turnirdə daha 3 turun partiyaları keçiriləcək. Rəcəbov hesabat turlarında Vladislav Artemeyev (Rusiya), qazaxıstanlı Bibisara Asaubayeva və Sanan Syuqirovla (Rusiya) qarşılaşacaq. Yeri gəlmişkən sözügedən turnirdə bu adıçəkilən şahmatçılarla yanaşı, Aleksey QrişukAleksandra Qoryaçkina və Yekaterina Laqno da (hamısı Rusiya) iştirak edir. Geridə qalan ilk 3 turdan sonra Artemeyev 2,5 xalla yarış cədvəlinə liderlik edir. Hərəyə 2 xal yığan Karyakinlə Sadxvani isə 2-3-cü yerləri bölüşür.
Xatırladaq ki, rapid turniri başa çatandan sonra zəka sahibləri 2 dövrədən və 18 turdan ibarət olan blits turnirdə özlərini sınayacaqlar. Yanvarın 30-da başa çatacaq turnirin mükafat fondu 15 milyon rubl (370 min manat) təşkil edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.