Bəybala Mirzəyev:
Cənub qonşumuzun dolayısı etirafı...
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani`nin bir açıqlamasını oxuyub bir xeyli gülmüşəm.
İranlı diplomat deyib ki, "İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq".
Bu iki cümlənin altında çoxlu mənalar yatır və arxasından da çoxlu gerçəklər üzə çıxır.
Birincisi, rəsmi Tehran bu açıqlama ilə dolayısı yolla etiraf edir ki, İran əvvəllər öz məsuliyyətini dərk etməyib və bu ilin yanvarında Tehrandakı səfirliyimizə qarşı polisin gözü qarşısında silahlı şəxs tərəfindən məlum terror aktı törədilərkən də İran tərəfi məsuliyyətlə hərəkət etməyib.
Bəli, fars-molla rejimi məsuliyyətlə hərəkət etsəydi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum əsla baş verməzdi.
Nə isə, əla etirafdır.
N.Kənaninin açıqlamasının ikinci cümləsi isə olduqca ikibaşlıdır. Adam deyir ki, "Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq".
Bu nə deməkdir?
Nə üçün tam yox, məhz mümkün qədər qorunacaq?
Məgər səfirliyimizin təhlükəsizliyinin tam təmin olunması İranın borcu deyilmi?
Yarımçıq hamiləlik olmadığı kimi mümkün qədər qorumaq söhbəti də absurddur, ağaye Kənani.
Biz sizin Bakıdakı səfirliyinizin tam təhlükəsizliyini təmin etdiyimiz kimi, sizin də boynunuzun borcudur ki, Azərbaycanın Tehrandakı səfirliyinin tam təhlükəsizliyini təmin edəsiniz.
P.S. Yeri gəlmişkən, xarici səfirliklərin təhlükəsizliyini gərəyincə qoruya bilməyən və yaxud qorumaq istəməyən ölkələrin arasında İranın adı birincilər sırasındadır. Bu ölkə tarix boyu elçilərə, diplomatlara qarşı etibarsız davranıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.