Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində keçirilən elmi seminarda Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov məruzə ilə çıxış edib. Seminarı giriş sözü ilə açan Fizika fakültəsi üzrə elmi seminarın sədri professor Aydın Ələkbərov mövzunu iştirakçıların diqqətinə çatdırıb. Dos. Qalib Şərifov “Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi liseylərdə fizika təliminin yeniləşməsi və təkmilləşdirilməsi, Avropada və İngiltərədə Blum taksonomiyaları əsasında hazırlanan yeni qiymətləndirmə modeli əsasında şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, qiymətləndirmə modelinin mövcud kurikulum standartları ilə müqayisəli təhlili haqqında ətraflı məlumat verib. Daha sonra qiymətləndirmə modeli ilə bağlı müzakirələr aparılıb.
Seminarda Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri prof. Fərrux Rüstəmov, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri prof. Müseyib İlyasov, Kompüter elmləri kafedrasının professoru Əbülfət Pələngov, prof. Vilayət İsmayılov, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin direktoru prof. Nasim Abışov, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.