Bəybala Mirzəyev:
Nikol bəlkə öz xalqını döyə-döyə sülhpərvər xalqa çevirə bilər...
(Bir sorğunun nəticələri haqda düşünərkən)
Bəziləri səhvən elə hesab edir ki, tarixin ən faşist xalqı italyanlar və almanlardır. Çünki biri faşizmi yaradıb, digəri isə faşizmi dövlət ideologiyasına çevirərək dünya müharibəsi törədib. Lakin əsl həqiqətdə isə bu xalqlar mahiyyətcə faşist deyil. Sadəcə olaraq Benito Mussolini və Adolf Hitlerin təbliğat maşını onları müvəqqəti olaraq zombiləşdirib faşistə çevirmişdi.
Sözün əsl mənasında faşist xalq məhz ermənilərdir. İtalyan və almanlardan fərqli olaraq onları konkret hansısa bir lider faşist etməyib. Ermənilər özləri kollektiv şəkildə kilsənin təsiri altında faşizm mərhələsinə qədəm qoyublar və görünən də budur ki, onların bu mərhələni adlamaq, almanlar kimi faşizmdən qurtulmaq, italyanlar kimi öz faşist liderlərini edam etmək fikirləri yoxdur.
Çünki faşizm artıq ermənilərin canlarına hopub, gündəlik həyat tərzinə, düşüncə sisteminə çevrilib. Təsəvvür edirsinizmi, bütöv bir xalq az qala total şəkildə və həm də könüllü surətdə faşizm “iynə”sinə oturub.
Nikol Paşinyan isə erməni xalqını məhz bu “iynə”dən qurtarmaq, xilas etmək, erməniləri faşizm mərəzindən sağaltmaq istəyir. Amma bilmir ki, o, bu seçimi etməklə faktiki olaraq özünü Sizifn məlum aqibətinə məhkum edib.
Çünki hazırda Ermənistan əhalisinin 66 faizi baş nazir Nikol Paşinyanın sülh vədlərinə inanmır.
Bu barədə “Pastinfo” saytı məlumat yayıb.
Həmin saytın YouTube-kanalı bugünlərdə Ermənistan vətəndaşları arasında hakimiyyətin sülh təşəbbüslərinə dair sorğu keçirib. Rəy sorğusunda iştirak edənlərin yarıdan çoxu Nikolun sülh səylərinə mənfi münasibətini bildirib.
“İnanırsınızmı ki, Nikol Paşinyan Ermənistan suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqla Azərbaycanla sülhün bərqərar olmasına nail olacaq?” sualına cavab verən 5600 respondentin 66 faizi erməni Baş nazirin sülh vədlərinə inanmadığını, 26 faizi bunun mümkün olduğunu, 3 faizi isə birmənalı olaraq Paşinyanın vədlərinə inandığını vurğulayıb. Sorğuda iştirak etməsi üçün müraciət ünvanlanan respondentlərin 5 faizi ümumiyyətlə bu haqda danışmaq istəmədiyini deyib.
Bu rəqəmlər Ermənistan cəmiyyətinin bugünkü fəna durumunu göstərir. Bir toplumda qonşu ölkələrlə sülh münasibətlərinin qurulmasına cəmi 20-30 faiz dəstək varsa, bu həmin toplumun real sülhə hazır olmadığını təsdiqləyir.
66 faiz kiçik rəqəm deyil. Millətçilik, irqçilik, türkəfobiya ilə zəhərlənmiş ermənilərin faiz göstəricisi 66 faiz təşkil edirsə, bu o deməkdir ki, erməni toplumu hazırda total xəstəlik mərhələsini yaşayır.
Paşinyanın real sülhə razılıq verə bilməməsinin əsas səbəblərindən biri də məhz bu amillə bağlıdır. Radikal ermənilərin sayının get-gedə daha da artması istər-istəməz Paşinyanın sülh təşəbbüslərini əngəlləir.
Bu baxımdan, Paşinyan gəlmiş-keçmiş erməni liderləri arasında həqiqətən də yeganə vətənpərvər baş nazirdir ki, öz xalqının bu dərəcədə sağalmaz xəstəliyə yoluxduğunu əyani olaraq bildiyi halda, lakin bununla belə yenə də inanır ki, onun xalqı günün birində sağalıb adekvat, normal topluma çevrilə bilər.
P.S. Nikol Paşinyan biraz qətiyyətli olsa, bəlkə erməniləri zor gücünə, necə deyərlər, döyə-döyə sülhpərvər xalqa çevirə bilər.
P.P.S. Yeri gəlmişkən, sözügedən 66 faizlik göstəricini ermənilərin “əzabkeş xalq” təbliğatına inanan dünya ictimaiyyətinin ermənipərəst kəsiminə də göstərmək lazımdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.