Bəybala Mirzəyev:
Putinin Ərdoğandan “yediyi” dalbadal nokaut hələ uzun müddət yaddaşından silinməyəcək
Putinin son günlər Ərdoğandan “yediyi” dalbadal nokaut və nokdaunların ağrı-acıları yəqin ki, hələ uzun müddət Kreml sahibinin yaddaşından silinməyəcək.
Bu baxımdan, ötən gün NATO-nun Vilnüsdə keçirilən zirvə toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirməsi də sadəcə Moskvaya ünvanlanmış önəmli mesaj deyil. Bunun adı sərt idman dili ilə desək, elə əsl nokautdur. Biraz yumşaq ifadə etsək, nokdaundur.
Ərdoğanın bu qədər konkret və birmənalı açıqlaması Kreml üçün isti yay günündə, aydın səmada şimşək çaxmasına bənzəyir. Böyük ehtimalla Rusiya lideri Ərdoğandan bu məsələyə dair belə bir qəfil açıqlama gözləmirdi.
Lakin sözügedən açıqlama sadəcə ilk baxışdan qəfil, gözlənilməz xarakter daşıyır. Əsl həqiqətdə isə gözlənilən idi. Çünki Ərdoğan Putini yaxşı tanıyır…
Qardaş ölkənin lideri Kremlin sahibinin sözündə bütöv olmadığını, onun bu və ya digər vədləri yerinə yetirməkdən ustalıqla yayındığını və bu hərəkətlərinə riyakarcasına don geyindirməyini də hamıdan yaxşı bilir.
Ərdoğan onu da bilir ki, Rusiya tərəfi istər Yeltsinin dövründə, istərsə də Putin hakimiyyəti zamanı Moldovanın separatçı bölgəsi sayılan Dnestryanı ərazidən rus “sülhməramlı”larının çıxarılması ilə bağlı öhdəliyini yerinə yetirməyib. Hazırda Dnestryanıdakı rus “sülhməramlı”larının oradakı fəaliyyəti tamamilə qanunsuzdur. Lakin Putin “Ağanəzərəm, belə gəzərəm” prinsipi ilə hərəkət edərək öz “sülhməramlı”larinı hələ də Dnestryanıda saxlamağa davam edir.
Öz vədlərinə hörmət etməyən Kreml sahibi sabah (yəni ki, 2025-ci ildə) Azərbaycana qarşı da eyni yaramaz münasibəti sərgiləyə bilər. Ona görə də Ərdoğan Putinə bəri başdan xəbərdarlıq etdi.
Ərdoğanın bu addımı mükəmməl gedişdir və Azərbaycana çox ciddi dəstəkdir. Bu açıqlama qarşıdakı aylarda Qarabağda atılacaq addımlar üçün Bakıya kart-blanş verir.
Bəli, Putinlə yalnız onun anlayacağı dildə danışmaq lazımdır. Ərdoğan isə necə deyərlər, bu dildə danışmağın köhnə ustasıdır.
Onun Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulaması da Ərdoğanın ustalığını təsdiqləyir: “Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm”.
Ərdoğanın bu açıqlamasının alt mənasını tərsinə oxumaq lazımdır. O, bununla Putinə ismarıc göndərib deyir ki, “əslində sən inanılacaq biri deyilsən, lakin hər bir halda sən bu razılaşmanın şərtlərinə sadiq qalmağa məcbursan, sənin başqa yolun yoxdur, bəhanələrin və yalanların da işə keçməyəcək”.
P.S. Bütün hallarda Rusiya “sülhməramlılar”ının fəaliyyət müddəti 10 noyabr anlaşmasına görə 2025-ci ildə başa çatacaq. 2025-ci ildən sonra onların Qarabağda qalmasının heç bir perspektivi yoxdur. Kreml bu reallıqla barışmalıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.