Sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına (TMT) başlayıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmalarımız həftədə 6 gün olmaqla hazırlıq prosesini davam etdirirlər. Yanvarın ilk yarısında əsasən fiziki hazırlıq üzrə məşqlərə üstünlük verilirdisə, hal-hazırda daha çox taktiki-texniki çalışmalar ön plana çəkilib. Təlim-məşq toplanışında yığmalarımızla yanaşı, İsveçrə, Moldova, Qazaxıstan və Polşanın sərbəst güləş üzrə milliləri də iştirak edir.
AGF-nın xəbərində deyilir ki, müəəyən üzürlü səbəblərdən Leyla Qurbanova, Aydın Əhmədov, Rahid Həmidli və daha bir neçə güləşçi TMT-da iştirak etmir. Cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Rafiq Hüseynov isə ancaq fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, bu TMT güləşçilərimiz üçün Xorvatiyada keçiriləcək 1-ci reytinq xarakterli turnirə hazırlıq mərhələsi hesab edilir. Sözügedən turnir fevralın 1-dən 5-dək Zaqrebdə təşkil ediləcək. İlin ilk reytinq xarakterli bu yarışında hər 3 güləş növü üzrə yığmalarımız iştirak edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.