Asəf Quliyev:
Vitali Balasanyan və oğlunun həbs barədə
Dəqiq olan bircə onun həbsidir. Gələn informasiyaların təhlili göstərir ki, qurama həbsdir. Oğlunun korrupsiyada ittiham olunması, özünün hakimiyyət nümayəndələrinə zor tətbiq etməsi ciddi arqument deyil.
Məsələyə aydınlıq gətirmək üçün deyim ki, bu gün Qarabağda əsas iki qütb var.
Bir - Rusiya tərəfindən idarə olunan və Ruben Vardanyanın rəhbərlik etdiyi.
İki – Paşınyana biyət edən və Samvel Babayanın rəhbərlik etdiyi.
Araik Arutunyan bu iki qütb arasında manevr edir və indiki məqamda Rusiya meyllilərin çaldığına oynayır.
Vitali Balasanyan bu qütblərin heç biri ilə əməkdaşlıq etmirdi. Hesab edirdi ki, hər ikisinin siyasi marağı var və onların heç biri Qarabağ ermənilərinin maraqlarını prioritet hesab etmir. Paşinyan Ermənistanı Qərbə tərəf aparmaq istəyir, Rusiya isə regiona təsir imkanını əldə saxlamağa çalışır. Məhz buna görə də Balasanyan geri çəkilmişdi.
Onun həbsi həm Rusiyanın, həm də Paşinyanın təsiri ilə ola bilər. Əldə olan informasiyalar bu məsələdə aydınlıq gətirməyə yetərli deyil. Yəqin ki, günün sonuna bəzi məsələlərə aydınlıq gələr.
P.S. Bu gün səhər saatlarında Qarabağdakı faktiki rejimin təşkil etdiyi mitinq baş tutub. Vardanyan mitinqdə iştirak edib.
Sabah isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Məlumat üçün deyək ki, bu gün sülh müqaviləsinin ləngiməsinin əsas səbəbi Qarabağ erməniləri ilə bağlı problemin həll olmamasıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.