Şamil Sadiq:
Nə gözləyirsiniz, nazir çıxıb desin ki, "Valideynlər, şagirdlər savadsızdır, biz də istədiyimizi edə bilmirik, bağışlayın?!"
Elm və Təhsil naziri Emin Əmirullayev çox böyük cəsarət nümayiş etdirir. Gələn haqlı və haqsız tənqidlər də təbiidir. Təhsilin ən yüksək məmuru olaraq örtülü və açıq şəkildə etiraf edir, nəticələrlə sübut edir ki, məndən təhsilin inkişafını istəyirsinizsə, birinci olaraq təhsilverənlərdən başlamalıyıq, onlar istədiyimiz tələblərə cavab verdiyi təqdirdə biz hədəfimizə çatarıq. Mən şəxsən alqışlayıram! Nə gözləyirsiniz, nazir çıxıb desin ki, "Valideynlər, şagirdlər savadsızdır, biz də istədiyimizi edə bilmirik, bağışlayın?!" Çox gülməli yanaşmalar görürəm son çıxışla bağlı. Nazir olaraq problemi bizə göstərir, etiraf edir ki, kadr potensialımız qənaətbəxş deyil. Hə bu məhz onun yanlışı deyil, uzun illərdir ki, üst-üstə yığılıb qalan problemlərdir, saxta diplomlular, day-dayların hesabına məktəbə yerləşən müəllimlərdir ki, bu gün nəticəsini yaşayırıq.
Hə bu gün işini itirmək qorxusu olanlar bu çıxışı bəyənməyəcək, əlbəttə ki bəyənməz də. Amma ümid edirəm nazir bu düşüncəsindən vaz keçməyəcək, qaraguruhla döyüşəcək, özü kül olsa da, bu bəlanı təmizləyəcək. Müəllimlərlə işi bitirəndən sonra da valideynlərlə ikinci daha ciddi bir mərhələ başlamaq lazımdır. Kadrlarından arxayın olsa, üzü ağ olsa, təhsilə müdaxilə edən valideynlərlə iş asan olacaq!
Oxuyub anlama, dinləyib anlama problemi olmayan gənclik, ziyalı nəsil, ailə, müəllimlər formalaşana qədər döyüş ağır olacaq! Deyəsən, bir nəfər tapılıb və sinəsini qabağa verir, ümid edək ki, bu basqılara dözə bilsin, bu iş tamamlansın!
Keyfiyyətli təhsil üçün yaxşı kadr, yaxşı kadra da yaxşı maddi təminat lazımdır!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.