Aydın Quliyev:
Bakı Dövlət Univetsitetini niyə bu günə salıblar? Heç olmasa qonşu AMEA- dan nümunə götürmək olmaz?....
Bir vaxtlar ölkəmizin baş təhsil- elm ocağı sayılmış Bakı Dövlət Universiteti barədə hələ də neqativ rəylər, faktlar eşidirik...
Bunu da görəndən sonra düşündüm ki, ictimailəşdirmək ən düzgün üsuldur.
Universitetin həyətini, əsas binanı , tədris korpuslarını " girilməz qalaya" çeviriblər.Kimin ağlı - düşüncəsidi ? Niyə burası agentura şəbəkəsi ilə işləyən xüsusi xidmət orqanıdı?Universitetin müəllim- professorlarından, tələbələrdən və texniki dəstəkçi heyətdən başqa kimsəni buraxmazlar .Bunlar da ancaq müvafiq sənəd olduqda...Kimdən ,nəyi gizlədirlər? Axı onsuz da O MÖHTƏŞƏM Universitetin imicindən bir şey qalmayıb.Olanı- qalanı da belə şeylər məhv edir.Onsuz da ölkəmizdə insanların mütləq çoxu həqiqi mütəxəssis və dövlət məmuru olmaq üçün yox, sadəcə diplom xatirinə təhsil ocaqlarına üz tutur.Belədə insanları Universitetdən daha da perikdirmək kimin düşüncəsidir,kimin işinə yarayır? Bəlkə bölgələrdən gəlmiş bir nənə- baba " Mən buranı bitirmişəm" deyib də övladını, nəvəsini Universitetin həyət- bacası ilə tanış etmək istədi, necə olacaq? O mühafizəçilər nənə - babaya " rektorun qəti tapşırığı var " deyərək geri qaytarsa, uşağın Universitetə rəğbəti yaranacaqmı? Bəlkə bir əcnəbi turist rektorun (?) qəbuluna düşmədən Universiteti görmək, həyəti və korpusları ilə tanış olmaq istədi, necə olacaq? Heç həyətə girə bilməyən əcnəbi BDU rektorunun qəbuluna gedə bilərmi? Dünyanın tək bir korpusu BDU- dan fasad və məzmunca çox möhtəşəm Universitetlərinin kampusunu sadəcə təhlükəsizlik monitorlarından keçməklə ziyarət etmək, tanış olmaq mümkündür. .BDU- nu " girilməz qalaya" çevirənlər təhlükəsizlik mülahizələrinə söykənirsə , bunun üçün qapıya " rektorun qəti əmri var" deməkdən başqa şey bilməyən " şkaf kimi" oğlanları qoymaq lazım deyil ki...Sadəcə təhlükəsizlik monitorları quraşdırmaq kifayətdir.BDU- nun rəhbərliyindəki yoldaşlar yəni heç dünya zad görməyiblər, başqa ölkələrin Universitetlərində olmayıblar? Başqa sivil ölkələrin Universitetlərinə gedəndə daha " vacib işlərdən baş aça biımirlərsə" heç olmasa bir addımlıqdakı Milli Elmlər Akademiyasının bağına, korpuslarına getsinlər.Dövrü qədimdən girişi- çıxışı açıqdır,bağ - bağat, oturan, söhbət edən ,hər kəsin üzünə açıq bir məkandır.Dəyişən Akademiya prezidentləri özləri ilə lüzumsuz sərtliklər gətirmirlər, BDU- dan fərqli olaraq uyğunsuz işlər barədə " qəti tapşırıqlar vermək" üsulu ilə işləmirlər.Nə yaxşı ki, belədir...
BDU- nun qapıları hər kəsin üzünə açılsa, sizcə gün ərzində oraya nə qədər adam getmək istəyər? Hər halda elmə, təhsilə marağı olan, öz nostalji hissləri ilə baş- başa qalmaq istəyən, ətrafında ancaq gəncliyi, ziyalı heyət görmək istəyənlərdən başqa kimlər gələcək? Çoxlu sayda oturacaqlar qoyulsa, sadəcə gəzintiyə çıxmış insanlara bir sakit güşə imkanı verilsə pis olar? İnsanları bu imkandan hansı məntiqlə məhrum edirsiniz?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.