Bəybala Mirzəyev:
Mollalar Səfəviləri tarixdən silməyə cəhd göstərsələr...
17 iyul 1487-ci il.
Şeirlərini əsasən Azərbaycan türkcəsində yazan, saray adamları ilə dövlət dili kimi Azərbaycan türkcəsində danışan və tarixdəki ən böyük Azərbaycan dövlətini - Səfəvi imperiyasını quran Şah İsmayıl Xətainin doğum günüdür bu gün.
İranın fars-molla rejimi indi Xətai irsinə sahib çıxmağa çalışır. Qərb ölkələrinin elmi dairələri, muzeyləri və kütləvi-informasiya vasitələri isə Səfəviləri fars (Persiya) imperiyası kimi təqdim etməyə davam edirlər.
Lakin yadlar nə qədər çalışsalar da, Xətaini zorla farslaşdıra bilməzlər.
Əsl həqiqətdə fars-molla rejimi Şah İsmayıl Xətaiyə qarşı dərin nifrət hissi bəsləyir. Lakin sırf siyasi maraqlar naminə onu keçmiş İran hökmdarı kimi təqdim etmək xəttini yürüdür. Çünki Səfəvilər dönəmi müasir İran tarix dərsliklərindən və elmi ədəbiyyatdan çıxarılsa, o zaman İran tarixində dərin bir boşluq yaranar. Axı müasir İranı da əhatə edən Səfəvilərdən əvvəlki dövlətlər də, sonrakı dövlətlər də farsların yox, Azərbaycan türklərinin qurduğu dövlətlər olub.
Odur ki, mollalar Səfəviləri tarixdən silməyə cəhd göstərsələr, onda gərək son min illik dönəmdə bu coğrafiyada hakim olmuş bütün dövlətlərdən imtina etsinlər. Bunu etsələr rüsvay olarlar. Çünki bütün dünya əsl tarixi gerçəklərdən xəbər tutar, son minillikdə fars dövlətinin mövcud olmadığı faktı üzə çıxar.
Ona görə də mollalar "bir daş altda, bir daş üstdə" anlayışı ilə hərəkət edərək, Şah İsmayıl Xətaini üzdə İran-fars hökmdarı kimi təqdim etməyə davam edir, arxada isə ona qarşı ögey münasibət sərgiləyirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.