Melburnda (Avstraliya) tenis üzrə keçirilən və "Böyük Dəbilqə" seriyasından olan "Australian Open-2023" atıq finişə yaxınlaşmaqdadır. Qeyd edək ki, mükafat fondu 76.500.000 Avstraliya dolları təşkil edən və xard örtüklü açıq kortda keçirilən turnirdə bu gün 1\4 final mərhələnin oyunları keçirilib və bununla da yarımfinalçılar məlum olub. Günün ən çox diqqətçəkən oyunu uzun müddət dünyanın 1 nömrəli raketka ustası olmuş və hazırda reytinq cədvəlində 5-ci yeri tutan serbiyalı Novak Cokoviçlə 6-cı pillədə qərar tutan rusiyalı Andrey Rublev arasında baş tutub. Görüş Cokoviçin darmadağın hesablı qələbəsi ilə bitib - 6:1, 6:2, 6:4.
Qeyd edək ki, Cokoviç bu qələbədən sonra öz karyerasında 44-cü dəfə "Böyük Dəbilqə"nin 1\2 finalına yüksəlib. O, bu göstəriciyə görə yalnız Roce Federedən (46) geri qalır. Maraqlıdır ki, 2018-ci ildən bəri "Australian Open"də uduzmayan serbiyalı raketka ustası 10-cu dəfə bəlli turnirin yarımfinalçısı olub. 9 dəfə Melburnda çempion olaraq kuboku başı üzərinə qaldıran Novak Cokoviçin bu sayı 10-a çatdırmaq imkanı var.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.