Osman Gündüz:
Nəhayət ki, İKTA saytını istifadəyə verib
RİNN tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İCTA.AZ saytı fəaliyyətə başlayıb.
Ötən ildən yaradılmasına baxmayaraq cari ilin əvvəlindən fəaliyyətə başlayan İKTA-nın indiyədək rəsmi internet resursu aktiv deyildi.
Azərbaycanın telekommunikasiya və poçt sahəsinin tənzimləyici qurumu rəsmi saytına xeyli materiallar yerləşdirib.
125 provayder haqqında geniş məlumat, əlaqə vasitələri, müraciət etmək imkanları sayta yerləşdirilib.
Yeganə çatışmazlıq odur ki, bu provayderlərin xidmət göstərdiyi ərazilər qeyd edilməyib.
Qurum uçot içlərini davam etdirir, ümid edək qarşıdakı dövrdə vacib olan bu məsələ də öz əksini tapacaq.
Yeri gəlmişkən, gələcəkdə elə bu resursda internet istifadəçisinin öz provayderini dəyişmək, yenisini seçmək imkanın yaradılması da faydalı olardı.
Qurumun sayta yerləşdirdiyi strukturundan görsənir ki, əsas diqqət tənzimləmə və istehlakçı hüquqlarının qorunmasına yönələcək.
Hansı ki, məhz bu sahələrdə, xüsusilə də rəqəmsal sektorda istehlakçı hüquqlarının qorunmasında ciddi problemlər var.
Provayderlərdən, telekommunikasiya xidmətlərindən (internet, mobil rabitə, telefon, poçt) narazı olanlar quruma müraciət edə bilərlər.
Onlayn müraciət imkanları da var.
Dövlət operatorlarından narazı olan biznes iştirakçıları da quruma müraciət edə bilərlər.
Xeyirli olsun.
Uğurlar !
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.