Asəf Quliyev:
QARABAĞ ERMƏNİLƏRİ RUSİYANIN TAM NƏZARƏTİNDƏDİR
Ermənilər bütün müstəvilərdə hay-küy qaldırmaqda davam edir. Amma görünən odur ki, bu hay-küy effektli deyil. Humanitar fəlakət haqqında deyilənlər fonunda ermənilərin öz yollarını özlərinin bağlaması yaranmış situasiyanın arxasında duran maraqlı qüvvələrin olduğunun bariz nümunəsidir.
Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Ağdam-Əsgəran yolunda qurulan maneə məsələnin mahiyyətinə aydınlıq gətirir. Aydın olur ki, məsələnin mahiyyəti humanitar yox siyasidir. Bəs bu siyasi proseslər hansı qüvvənin maraqlarına xidmət edir?
Artıq aydındır ki, bu gün Qarabağda yaşayan erməni əhalisinə xaricdən təsir imkanlarını hər vasitə ilə işə salmağa çalışan əsas qüvvə Kreml və Paşinyan hökumətidir.
Kremlin təsir imkanlarının iki əsas rıçaqı var. Sözsüz ki,, bunun birincisi regionda yerləşdirilmiş Rusiya hərbi kontingentidir. İkincisi isə Ruben Vardanyan.
Paşinyanın isə Qarabağda yaşayan soydaşlarına təsir imkanlarının əsas fiquru Samvel Babayandır.
Gün kimi aydındır ki, bu gün Kremlin təsir imkanları Paşinyandan daha effektlidir. Təsadüfi deyil ki, son günlər Rusiyanın təsir dairəsində olan qüvvələrin fəallaşması fonunda Samvel Babayan gözə dəymir. Halbuki bir müddət əvvəl Qarabağ ermənilərinin blokadası və humanitar böhran yaranması ilə bağlı mitinq keçirmişdi. Daha sonra isə Rusiyanın təsir agentləri mitinq keçirdi. Sözsüz ki, Rusiyanın təsir agentlərinin mitinqi daha çox insanı cəlb edə bildi. Burada əsas məqamlardan biri mövcud inzibati resursların işə salınması idi. Qarabağ ermənilərinin faktiki lideri Araik Arutunyanın və Rusiyanın Qarabağa transfer etdiyi Ruben Vardanyanın mitinqdə iştirakı və bundan sonra kütləvi aksiyaların müxtəlif formada davam etdirilməsi inzibati resursların işə salınması ilə mümkün oldu.
Bu isə o deməkdir ki, artıq Qarabağdakı inzibati resursların köməyi ilə Kreml Qarabağ ermənilərinə tam nəzarət mexanizminə malikdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.