Bəybala Mirzəyev:
Kreml nəyin qisasını almaq istəyir?
Və biz nə etməliyik?
Lavrovun Kələntəryan beyninin məhsulu olan Rusiya XİN-in məlum anti-Azərbaycan xarakterli bəyanatı onu göstərir ki, Kremlin üzü dönüb.
Kreml Azərbaycandan qisas almaq istəyir.
Nəyin qisasını?
Həm son Brüssel görüşünün qisasını, həm Bakının Ukraynaya humanitar yardımları davam etdirməsinin qisasını, həm Ərdoğanın "Rusiya sülhməramlıları Qarabağı 2025-ci ildə tərk edəcək" açıqlamasının qisasını, həm də Azərbaycanın Qarabağı terrorçulardan təmizləməyə, oradakı mülki erməniləri öz cəmiyyətimizə reinteqrasiya etməyə hazırlaşmasının qisasını almaq istəyir.
Ukrayna cəbhəsində az qala hər gün zərbə yeyən, qüruru sındırılan Rusiya nədənsə, qəzəbini Azərbaycandan çıxmağa çalışır. Görünür ki, Azərbaycanın asta-asta, usta-usta yürütdüyü siyasət son nəticədə Rusiyanı Cənubi Qafqazdan da sıxışdırıb çıxaracaq.
Rusiyanın bölgədə hegemonluğu məhz Azərbaycanın əzmi ilə yavaş-yavaş azalmağa, sıfırlanmağa doğru gedir. Kreml də bunu yaxşı görür və məhz bunu önləmək üçün hərəkətə keçib.
Amma hələlik üzərimizə özü birbaşa gəlməyə tələsmir (və ya risk etmir). Kreml bizə qarşı murdar planlarını hələ ki erməni separatçılarının əliylə gerçəkləşdirməyə üstünlük verir. Hazırda separatçıların Əsgəran-Ağdam yolunu bağlaması, Xankəndidə mitinq keçirmələri və Xocalıda rus "sülhməramlı"larının qərargahının önündə çadır qurmaları - bütün bunların hamısı məhz rusun oyunu, rusun planlarıdır.
Lakin bu planlar lazımi effekti verməyəndə, Rusiya təxribat və real savaş planlarını da işə sala bilər.
Bəs, biz necə buna hazırıqmı?
Yox, hazır deyilik, amma təcili surətdə hazırlıqlara başlamalıyıq.
Və bunun üçün ilk növbədə bütün digər müttəfiqlərimizlə operativ müzakirələrə başlamalı, birgə addımlarımızı müəyyənləşdirməliyik. Şuşa Bəyannaməsinin məlum müddəaları üzrə Azərbaycan-Türkiyə müxanizmləri dərhal aktivləşdirilməlidir. Ordumuzu indikindən də daha güclü hala gətirməliyik.
Eyni zamanda artıq rəsmi şəkildə bəyan etməliyik ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycanda olma müddəti heç bir halda uzadılmayacaq və sülh danışıqları da bu müddət ərzində başa çatdırılmalıdır.
Yeri gələrsə, hətta Rusiya ilə müttəfiqlik müqaviləsi də ləğv edilməlidir. Bir sözlə, Azərbaycan bütün varlığıyla göstərməlidir ki, İran və Fransa bütün səylərinə rəğmən onu qorxuda bilmədiyi kimi, Rusiyanın da bizi qorxutması mümkünsüzdür. İri dövlətlərin dünya siyasətindəki dərəbəylik, hegemonluq dövrü artıq arxada qalıb.
Ukrayna Rusiya üçün bataqlığa çevrilibsə, Cənubi Qafqaz isə Azərbaycanın sayəsində Rusiyanın gömüldüyü məzar ola bilər. Kremldəki strateqlər bu perspektivi görməyi və həmçinin bunu Putinə də göstərməyi bacarmalıdırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.