Bəybala Mirzəyev:
Mollaların təzə termini...
İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqirinin iyulun 19-da Azərbaycanla (Naxçıvan Muxtar Respublikası ilə) sərhəddə yerləşən Poldəşt məntəqəsindəki hərbi hissələrə qəfil baş çəkməsi şübhəsiz ki, boşuna deyil.
General Baqirinin özü bu səfərinin əsas məqsədini "İranın Azərbaycan Respublikası ilə sərhədində passiv mühafizənin nəzərdən keçirilməsi" kimi qiymətləndirib.
Hərbi hissələri İran ordusunun komandanları ilə birgə gəzən general Baqiri yalan deyir. Məsələ heç də "passiv mühafizənin nəzərdən keçirilməsi"ndə deyil.
Ümumiyyətlə, bu ifadənin özü sarsaq ifadədir. Passiv mühafizənin nəzərdən keçirilməsi nə deməkdir? Deyəsən, bu da mollaların icad etdiyi təzə termindir.
General M.Bagiri bir sonrakı cümləsində bu səfərinin əsl məqsədinin üstünü açıb.
Belə ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, bu gün ölkə silahlı qüvvələrinin çəkindirici gücü həmişə olduğu kimi yüksəkdir və silahlı qüvvələrin bütün birləşmələri tam döyüş hazırlığındadır”.
Bu cümlədən də aydın görünür ki, əslində məqsəd heç də passiv mühafizəni nəzərdən keçirmək yox, İranın Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazidə yerləşdirdiyi qoşunların Azərbaycana qarşı real döyüş hazırlığını yoxlamaq olub.
Bu yoxlamanın özü də səbəbsiz deyil. General Bagirinin sərhədimizə gəlməsi İsrailin müdafiə naziri Yoav Qallantın bu yaxınlarda Azərbaycana rəsmi səfərə gəlməsinə cavab addımı kimi həyata keçirilib.
İsrailin müdafiə nazirinin səfəri çərçivəsində iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələrin, hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinin, eləcə də terrorizmlə mübarizədə İsrail Azərbaycana dəstək olacağının qeyd edilməsi fars-molla rejimini ciddən narahat edib.
İran hakimiyyəti İsrail və Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qədəm qoymasını heç cürə həzm edə bilmir. Ona görə də generallarının dili ilə bizə psixoloji təzyiq göstərməyə, güc nümayiş etdirməyə çalışır. Bu da ənənəvi fars-rus-erməni siyasətinin bir elementidir. Dəst-xətt, üslub eynidir.
P.S. Neynək, qoy, mollalar "passiv mühafizəni nəzərdən keçirmək"də olsunlar, biz də öz işimizi görək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.