Bəybala Mirzəyev:
Bir alimin gedib Gülən kimi "siyasi meyit"ə qoşulması real görünmür
İndi 21-ci əsrdir. Zaman alimlərin mollaların nağıllarına uyacağı zaman deyil. Fətullah Gülən də zəmanəmizin ən avara, ən keyfiyyətsiz mollalarından biridir. Özünə hörmət edən heç bir alim Fətullah Gülənlə əl sıxışmağı, onunla ciddi mövzularda polemika aparmağı özünə rəva bilməz. Radikal dini camiələrlə, fanatik örgütlərlə, cihad təşkilatlarıyla, siyasi-klerikal hərəkatlarla oturub-durmağı, onlarla qaynayıb-qarışmağı, onlara rəğbət bəsləməyi, onların adeptinə çevrilməyi heç bir intellektual insan, heç bir ziyalı, elm adamı özünə yaraşdırmaz.
Türkiyədə törəyib ABŞ-ın Pensilvaniyasına qədər gedib yol tapan FETÖ adlı örgütə, habelə bir sıra ərəb ölkələrinin maliyyələşdirdiyi İŞİD-ə və eləcə də İranın bəslədiyi cürbəcür təxribatçı-terrorçu təşkilatlara ancaq savadsızlar, elmə-kitaba düşmən gözüylə baxanlar rəğbət bəsləyə, üzv ola bilərlər.
Litsey və kolleclərdə oxuyan 12-17 yaşlı yeniyetmələrin, gənclərin F.Gülənin saxta gözyaşlarına, süni təbəssüm və süni səmimiyyətlə ifadə etdiyi moizələrinə aldanmaları haradasa mümkündür. Lakin bir alimin gedib F.Gülən kimi "siyasi meyit"ə qoşulması real görünmür.
Misal üçün, Nobel ödüllü Əziz Sancarın boynuna qızıl ilanı sarısan da, adam gedib Fətullah Gülənlə diz-dizə oturmaz, onunla nələrisə müzakirə etməz. Çünki istənilən elmli adam kimi Əziz Sancar da FETÖ ilə, konkret olaraq Fətullah Gülən adlı qoca təxribatçı ilə ilişgi qurmaqla öz karyerasını zərbə altında qoya biləcəyini dərk edir. Üstəgəl, təfəkkür tərzlərinin diametral əksliyi, tamamilə fərqli dünyagörüşlərin daşıyıcısı olmaları Əziz Sancar kimi üstün zəka sahiblərini Fətullah Gülən kimi ehkamçı-sxolastik təriqət liderlərindən daim uzaq tutar. Necə deyərlər, alimlər hara, mollalar hara?
Bu mənada, dünyanın müxtəlif elmi çevrələri ilə sıx təmaslarda olan iqtisadçı alim Qubad İbadoğlunun Fətullah Gülən kimi primitiv bir insanla, elmi dünyagörüşü sıfırın altında olan təriqətçi bir molla ilə münasibət qurması, onun heyranlarından birinə çevrilməsi inandırıcı görünmür. Çevrilibsə, bu bir elm adamı üçün əsl faciədir.
Ümumiyyətlə, FETÖ-çular gerçək elm adamlarından oddan qorxduqları kimi qorxur, çəkinirlər. Elə ona görə də elmin kifayət qədər inkişaf etdiyi Qərb ölkələrində Fətullah Gülən məktəblərinə, "hizmet" şəbəkələrinə rast gəlmək mümkün deyil. Gülənçi, nurçu məktəblərin geniş yayıldığı coğrafiyalara baxın. Türkiyə və Azərbaycanla yanaşı, bütün Orta Asiya cümhuriyyətlərində, Rusiyada, Gürcüstanda, Balkanlarda, Afrika ölkələrində çoxlu sayda belə məktəblər, universitetlər fəaliyyət göstərirdi. Ancaq Finlandiya, İsveç, Norveç kimi inkişaf etmiş Avropa ölkələrində isə birdənə də olsun FETÖ-çü tədris ocaqlarına rast gəlmək mümkün deyil.
Bu da bir daha onu göstərir ki, təriqətlər, sektalar, müxtəlif dini-siyasi cərəyanlar ilk növbədə elmin zəif inkişaf etdiyi, təhsilin axsadığı ölkələrə sızmağa, yerləşməyə can atırlar. Onların qarşısını almaq üçün elm və təhsilin inkişafını əsas prioritetə çevirmək lazımdır.
P.S. FETÖ-çuluğun məktəblər vasitəsilə yayılması bu hərəkatın elmin, təhsilin dostu olması demək deyildi. Təhsil şəbəkələrinə malik olmaq FETÖ-ya sadəcə olaraq öz əqidəsinin, ideologiyasının təbliği üçün vasitə kimi lazım idi.
P.P.S. FETÖ-çuluğun kökü tam qazılmasa da, lakin bu örgütün, bu dini-siyasi terror təşkilatının artıq heç bir siyasi triumf şansı yoxdur. Fətullah Gülən kimi FETÖ da siyasi meyitdir. Siyasi meyitlər diplomatiyasının simvoluna çevrilən ATƏT-in Minsk Qrupu kimi FETÖ da artıq bütün perspektivlərini itirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.