Elməddin Behbud:
"AKINCI" və fransız dili
Ərazisinə görə Afrikanın böyük ölkələrindən sayılan Malinin 20 milyona yaxın əhalisinin 65% gənclərdir. Maraqlıdır ki, gənclərin bir qismi iş axtarışına çıxaraq ölkəni tərk edir və Fransanın müxtəlif şəhərlərinə üz tuturlar. Malidə yaşayanlar isə Fransanın qatı əlehdarlarına çevrilirlər. Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olmasına baxmayaraq Malidə adambaşına düşən milli gəlir çox aşağıdır.
Fransanın keçmiş koloniyalarından olan Mali hazırda fransız imperialistlərinə qarşı güclü fobiyanın müşahidə olduğu ölkələrdəndir. Bu ilin iyunun 18-də keçirilən səsverməsində 96,91% səslə qəbul edilən və Konstitusiya Məhkəməsinin təsdiqlədiyi yeni konstitusiyaya görə fransız dili rəsmi dil statusunu itirib. Mali əhalisi 70-dək dildə danışsa da, insanların 50% qədəri bambaraca dilindən istifadə edir.
Görünür, Fransanın Afrikanı itirməklə bağlı narahatlığı "əsaslıdır". Çünki Fransa get-gedə bütün Afrikadan qovulur - fransız əsgərlər və Fransa səfirləri ölkələrdən çıxarılır, fransız dili rəsmi dil statusunu itirir, forpostlardan gələn sərvətlər kəsilir.
Maraqlıdır ki, Mali prezidenti, polkovnik Assimi Qoita masasının üstünə Türkiyənin Bayraktar AKINCI maketini qoyaraq yeni Konstitusiyaya imza atıb...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.