İcra başçısı Araz Əhmədov: “Mən həmişə tənqidə qucaq açmışam”
Masallıda mətbuat işçiləri ilə növbəti görüşdə nələrdən danışıldı, nələrdən danışılmadı? Biz isə çıxışımızda vaxt darlığından nələri dedik, nələri demədik?
6-7 ildir ki, Masallıda maraqlı bir ənənənin əsas qoyulub – hər mətbuat günü ərəfəsində Masallı rayonundakı, eləcə də bölgədəki müxbirlərinin iştirakı ilə toplantı təşkil olunur. Jurnalistlərlə məmurlar arasında dialoq qurulur, qələm sahibləri mükafatlandırılır. Bu tədbirin əsas təşəbbüsçüsü və təşkilatçısı Masallı İcra Hakimiyyətinin sabiq başçısı, ixtisasca jurnalist Rafil Hüseynov olmuşdur.
Şahin Məmmədovun Masallıya rəhbər olduğu bundan əvvəlki 3 ildə isə həm pandemiya səbəbindən, həm də Ş. Məmmədovun bu sahəyə bəsit münasibəti ucundan həmin tədbirlər keçirilsə də, başçı bu tədbirlərə qatılmırdı.
Bu il isə həmin ənənə yüksək səviyyədə bərpa olundu. Belə ki, 20 iyul 2023-cü ildə, Masallıdakı H. Əliyev adına mərkəzdə masallılı jurnalistlər, eləcə də bir neçə bölgə yazarları ilə bir qrup məmurun və ictimai təşkilat rəhbərlərinin göruşü keçirildi. Tədbirin, necə deyələr, rəsmi, bir az da şablon tərəfi üzərində çox dayanmaq istəmirəm. Qısaca deyim ki, icra başçısı, sonra isə bir neçə jurnalist, ictimai təşkilat və partiya rəhbəri çıxış etdilər.
Əvvəldən planlaşdırılmasa da, mən də, cenub.az saytının rəhbəri kimi söz alıb, bəzi məqamlara fərqli münasibət bildirdim.
Çıxışımda öncə Heydər Əliyevin kəlamını xatırlatdım. O, çıxışlarının birində demişdi ki, biz tənqidçi mediaya minnətdar olmalıyıq ki, onlar görmədiyimiz bəzi nöqsanlara işıqlandırır, biz də bunu aradan qaldırırıq.
Bu deyimi xatırlatmağım təsadüfi deyildi. Çünki tərifçi, mətbuatın bu günkü reallıqlarından uzaq, əsasən keçmiş illərin xatirələri üzərində qurulan çıxışlar o qədər qeyri-səmimi idi ki, həmin məqama toxunmamaq, danışmamaq düz olmazdı.
Əyalət mətbuatının çətinlikləri bəllidiur. Rayondakı hökumət qəzetləri demək olar ki, tarixə qovuşmaq üzrədir. 3-4 rayon güc-bala qəzeti yaşada bilirsə, bu da yəqin ki, çox davam etməyəcək. Amma nümunə üçün deyim ki, bu gün Masallıda. 230 min əhali üçün, ən yaxşı halda ayda 1 dəfə 400 tirajla qəzet çıxırsa, (hər 500 nəfərə 1 qəzet), əhalisi Masallının yarısı qədər olan Ağcabədidə ayda yox, həftədə 2 dəfə 3 min tirajla qəzet çıxır. Hələ qəzetin internet kanalı var. Hələ Masallıdakı qəzetin maliyyə oyunlarını demirik. (6 aya 6 qəzet, 0, 50 qəpikdən 3 manat, amma 6 aylıq abunə 10 dəfə çox- 30 manat). 400 tiraja vuranda 10 min manatdan yuxarı yeyinti. Paklıq siyasəti aparılan rayona yaraşarmı?
Qayıdaq tərifçi mediaya. Bu gün medianın əsas işi tənqid və tərif yox, tənqid və tərif olmasından asılı olmayaraq real, dəqiq informasiya verməkdir. Əvvəlki illərdən fərqli olaraq, Araz Əhmədov Masallıya rəhbər gələndən dar bir məkanda olsa da saflıq mühiti yaradılıb. İcra hakimiyyətinin əksər strukturunda, kadr işindən tutmuş sənədləşdirməyədək təmənnalı münasibətlərə son qoyulub. Heyif ki, rayonda təmizlik ab-havası icra strukturundan kənara çıxmır, məhkəmə, hüquq-mühafizə orqanlarında, “hərbi komissarlıqda ” bunu kimə desən, gülərlər. Buna görə bizə tənqidçi jurnalistika hava-su kimi lazımdır.
Jurnalistikada peşəkarlıq, jurnalistikanın qızıl qaydalarına əməl etmək unudulub; nə araşdırma yazı yazan var, nə oçerk, felyeton, reportaj yazan. Sanki hər hansı arayışın, hesabatın üstünə bir başlıq qoyub, ruhsuz, nursuz bir yazılar təqdim olunur.
“Əcnəbi seyrə balonlarla çıxır...” deyimi hələ də qüvvədədir. Bu gün dünya mediası süni-intellektlə, multi-media sistemləri ilə nəfəs alır, biz isə bələdiyyələrdən, ən azı mədəniyyət idarəsindən belə normal məlumat ala bilmirik.
Biz bu tədbirdə Masallının digər qələm sahiblərini- Xodaşirin Cəbiyevi, Əlzaman Baxışı, Nurəddin Ədiloğlunu, Məmməd Əvəzoğlunu, Vaqf Yusiflini, Rahid Uluseli, Rəsmiyyə Sabiri, Şahin Musaoğlunu, bloger və ictimai fəallar Rabil Abdinovu, Afər Cahangirovu da dəvətlilər arasında görsəydik, məncə məclis lal-dinməz oturan məmurlardan daha maraqlı olardı.
Tədbirə millət vəkillərinin, hüquq-mühafizə orqanlarının, aparıcı idarə rəhbərlərinin qatılmaması da, mətbuata diqqətin göstərici sayıla bilər.
Deyiləsi söz isə o qədər çoxdur ki...
Çalışacağıq ki, sabahkı buraxılışımızda “Jurnalist olma, oğlum. Heç kimdən pul istəmə, amma təmənnasız versələr, qaytarma. Cünki...”yazımızda onlara aydınlıq gətirək.
Rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədova sonda bir daha çıxış edərək, sanki dediklərimizə dəstək kimi, tənqidin ümumi işimizə fayda verəcəyini xüsusi vurğulayaraq bildirdi ki “Biz işimizə fayda verən hər tənqidə qucaq açmışıq və aşacağıq”.
Belə səmimi çıxışa görə isə İcra Başçısına ancaq təşəkkür düşür.
Son əvəz: Sabahkı mətbuat günü münasibəti ilə isə, istinad etmədən başqalarının yazısını oğurla
yan, bu gün yazdığını 2 saat sonra silən, raketçilik edib, ona-buna xox gəlib özün öyənlərdən başqa bütün jurnalistlərin bayramını.
Zahir Əmənov
Cenub.az.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.