Müşfiq Ələsgərli:
Ermənistan Azərbaycanla razılaşmadan əraziyə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərirsə, deməli şou göstərir
Ermənistan Laçın sərhəd keçid məntəqəsindən Azərbaycanla razılaşmadan heç bir yükü keçirə bilməz. Bunun üçün nə hüquqi əsası, nə ciddi bir arqumenti, nə də gücü yoxdur. Bu reallığı bilə-bilə Azərbaycanla razılaşdırmadan əraziyə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərirsə, deməli şou göstərir. Bəs şounu kimə göstərir? Yəqin ki, dağın başında dayanıb tamaşanı seyr edənlərə. Avropa İttifaqı nümayəndələrinin, Qərb ölkələri səfirliklərinin bu tamaşada iştirakları təəssüf doğurur. Onlar belə davranışla öz riyakarlıqlarını bir daha büruzə verdilər.
Məlumat üçün bildirək ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Bu yolun təbii imkanları Laçın-Xankəndi yoluna nisbətən daha üstündür. İşğaldan sonra yenidən qurulmuş Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Separatçı rejimin təmsilçiləri isə bu təklifdən imtina edirlər. Ermənistan da separatçılara dəstək olaraq, “humanitar yük”dən ibarət avtomobil konvoylarını Laçın sərhəd keçid məntəqəsinə göndərib.
ŞƏRHLƏRDƏN:
Ismayil Asgarov:
Əgər Avropa hər addımda bizə garşı belə iyrənc üsullardan siyasi təzyiglərdən istifadə edirsə niyə İlham Əliyev keçəlbaş Şarl Mişelin hər çağrışında dərhal ora uçarag onun vasitəçiliyi ilə Paşinyanla görüşə razılıg verir oda bu səbəbdən özünü dünya məsələlərini həll etməyə gadir bir lider sayır
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.