Bəybala Mirzəyev:
İran hara, "Quran" hara?
Deyirlər, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada "Quran"ın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək. İyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin fövqəladə iclasında İsveç və Danimarkada "Quran"ın yandırılması müzakirə olunacaq.
Bəs, belə bir FÖVQƏLadə iclasın keçirilməsi təklifi kimdən, hardan gəlsə yaxşıdır?
İrandan...
Daha doğrusu, İran Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, sözügedən fövqəladə formatlı görüş İran və İraqın təklifi ilə gerçəkləşir. Və bunun üçün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına zəng etdiyi bildirilir.
İran hara, "Quran" hara?..
Axı, Hindistan və Fransa kimi ölkələr məhz İran vasitəsilə xristian Ermənistanına silah daşıyırlar. Yəni ki, İran Cənubi Qafqazın qan çanağına döndərilməsində, müsəlman Azərbaycanın müharibə və terrorizmdən əziyyət çəkməsində mühüm rol oynayır. Ancaq digər tərəfdən isə iki xristian ölkəsində (İsveç və Danimarkada) müsəlmanların müqəddəs Kitabına - "Quran"a qarşı törədilən vandalizm və təxribatçılığı pisləmək üçün fövqəladə toplantı keçirilməsi təşəbbüsü ilə çıxış edir.
İranın bu iki fərqli davranışı arasında məntiq varmı?
Özünü müsəlman dünyasının təəssübkeşi kimi, "Qurani-Kərim"in qoruyucusu kimi göstərməyə çalışan İranın molla rejimi bəs Azərbaycanın məscidləri ermənilər tərəfindən dağıdılanda, donuzların məkanına çevriləndə, azərbaycanlıların məzarları ermənilər tərəfindən söküləndə hardaydı?
Müsəlman əhalisi ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan üçün də belə bir fövqəladə toplantı keçirmək təşəbbüsü nədən heç vaxt mollaların yadına düşməyib?
P.S. Necə deyərlər, bu da molla rejiminin "ikili standart"ları... Mollaların "ikili standart"ları əslində Rusiya və Qərbin "ikili standart"larından heçnə ilə fərqlənmir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.