Bəybala Mirzəyev:
"Siz savaşa, biz tamaşa" durumu...
"Günün fotoları" deyək bu görüntülərə.
Bax belə. Fransa Avropa İttifaqının (Aİ) “mülki müşahidə missiyası” adı altında Ermənistanda yerləşdirdiyi hərbiləşdirilmiş missiyanın əliylə "Laçın" postunun önündə TIR-ları yığmaqla rəsmən aranı qatır.
Həmin dırnaqarası “mülki müşahidəçi"lər də qayanın başında dayanıb, özlərinin yaratdığı süni gərginliyi seyr edirlər. Daha doğrusu, ermənilərlə Azərbaycan sərhədçiləri arasında mümkün konfliktin baş verəcəyi anı xüsusi səbrsizliklə gözləyirlər.
Başqa sözlə desək, durum sözün əsl mənasında "siz savaşa, biz tamaşa" durumudur.
İmperialist güclər "parçala və hökm sür" prinsipindən çıxış edərək iki xalqı, bax, beləcə yenidən qırğına sürükləməyə çalışırlar.
Siz həmin o imperialist güclərin paradoksal tərkibinə baxın - Fransa, Rusiya, İran, Hindistan, Kanada və başqaları...
Beləliklə, məkrli güclərlə və onların yaratdığı vahiməli bir vəziyyətlə üz-üzəyik. Lakin necə deyərlər, iplər bizim əlimizdədir.
Bu vəziyyət bizi daha da qətiyyətli edəcək.
Fotolarda gördüyünüz 19 TIR-dan heç biri "Laçın" postundan ərazimizə buraxılmayacaq.
Həlledici andır.
Bakı bu oyunu poza biləcək!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.