Əfqan Qafarlı:
Samvel Babayan Ağdam-Xankəndi yolunun açılmasını istədi
Qarabağ separatçılarının qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan separatçıların hazırkı rəhbərliyini rəsmi Bakı ilə danışıqlar aparmağa çağırıb.
“Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır” deyən Babayan həm Ağdam-Xankəndi yolundan, həm də Gorus-Laçın yolundan istifadənin vacibliyini bildirib:
“Bu, istəsək də, istəməsək də baş verəcək. “Artsax”a şarla enənlər fikirləşirlər ki, aksiyalar keçirməklə fərq yarada bilərlər, amma dünyada hər gün bəlkə də 200 min insan aclıqdan ölür və beynəlxalq ictimaiyyət buna əhəmiyyət vermir.
Dünya üçün bu hərəkətlərin heç bir mənası yoxdur və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti demirsiniz: müharibədə uduzduğunuz zaman oyunun qaydalarını qəbul edib sağalmağa çalışmalısız”.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, vəziyyətdə heç bir müsbət dəyişiklik olmayacaq.
“Bir reallıq var: “Artsax” müharibədə hər şeyini itirdi, indi bizə vasitəçi gözləmədən yenidən yaşamaq və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır”.
“Biz dar ağacına getdiyimizi düşünməməliyik. Qızıl ortanı vasitəçilər olmadan tapa bilərik. Tapmasaq, fövqəldövlətlər bundan istifadə edib müharibəyə başlayacaqlar, bunu həm “Artsax”da, həm də Azərbaycanda başa düşməlidirlər. Və divident almağa çalışan qüvvələrin kökü kəsilməlidir. Sadəcə, gənclərin hər şeyi başa düşməsi üçün vaxt lazımdır. Mən “hakimiyyətə” qarşı mübarizə aparmıram, sadəcə olaraq başa düşsünlər ki, Azərbaycanla danışıqlar aparmalıdırlar”, – Babayan bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistandan göndərilən 400 ton humanitar yardımın Qarabağ ermənilərinə çatdırılmasına icazə verməyəcək. “Qərar verənlər çalışsınlar, amma düşünürəm ki, Azərbaycan buna imkan verməyəcək”.
Rəsmi Bakı bir az da dirənsə, təzyiqlərə davam gətirsə, Ağdam-Xankəndi yolunu işə salmaq mümkün görünür.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.