Bəybala Mirzəyev:
Azərbaycan İranın və Səudiyyənin qızışdırdığı məzhəbçilik poliqonuna çevrilməməlidir
Xəbər saytlarımızdan biri yazıb ki, "Bu gün Azərbaycanda Aşura günüdür". Ancaq əsl həqiqətdə isə bu gün təkcə Azərbaycanda yox, bütün İslam dünyasında Aşuradır. Və sözün hər iki mənasında Aşuradır.
Bu gün Aşura günü ilə əlaqədar dünyanın bir çox məscidlərində İmam Hüseynin və onun şəhid səhabələrinin xatirəsinə ehtiram əlaməti olaraq əzadarlıq, anım mərasimləri keçirilir.
İmam Hüseyni ananlar təkcə şiə müsəlmanlarımız deyil. Sünni müsəlmanlarımız arasında da Peyğəmbər övladının müsibətini kədərlə xatırlayanlar, ağı deyənlər, Kərbəla şəhidləri üçün dua edənlər çoxdur. Azərbaycan məscidlərində olduğu kimi qardaş Türkiyənin də bir çox məscidlərində bu gün ziyarətçilərə şərbət və halva paylanır, ehsanlar verilir.
Əslində bu da bir birlik, həmrəylik, dayanışma örnəyidir.
Axı İmam Hüseyn indiyə qədər yanlış təqdim edildiyi kimi təkcə şiələrin ziyarət və pərəstiş ünvanı deyil. O, həm şiələrin, həm də sünnilərin ortaq dəyəridir.
İmanı kamil olan, tarixi yaxşı bilən, məzhəblərin mahiyyətindən və missiyasından bütün dərinliyinə qədər xəbərdar olan sünnilər də İmam Hüseynin Yezid ibn Müaviyyə və onun cəlladları tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir və bunu İslama vurulmuş ən böyük zərbə hesab edirlər.
Gerçək müsəlmanlar (sünnisi ilə, şiəsi ilə) İmam Hüseynin ayırıcı yox, əsl həqiqətdə birləşdirici nöqtə olduğunu dərk edir, bilirlər. Bu isə müsəlman dünyasının gələcəyi üçün nikbin düşünməyimizə, gələcəyə kövrək də olsa ümidlə baxmağımıza imkan verir.
Bəli, İmam Hüseyn şəhadətini birləşdirici nöqtə kimi, həmrəylik üçün çağırış kimi təbliğ və təqdim etməliyik. Çünki İmam Hüseyn özü də məhz bu ideallar uğrunda şəhid olub.
İmam gerçək müsəlmanları (o vaxt sünni, şiə bölgüsü yox idi) həmrəyliyə çağırırdı. Babasının təbliğ etdiyi ilkin müsəlmanlıq dəyərlərini qorumaq və yaşatmaq üçün birliyə (vəhdətə) səsləyirdi. Bugünkü şiələr və sünnilər arasında da bu ideallarla yaşayanlar çoxdur. Bax, onlar ilk növbədə islam həmrəyliyini təbliğ etməlidirlər.
Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan İranın və Səudiyyənin qızışdırdığı məzhəbçilik poliqonuna çevrilməməlidir. Bizim ölkə fərqli bir ölkə olmalıdır. Bu ölkə məzhəblərin barış məkanı olmalıdır (ki, zatən də elədir). Bu ölkədə qardaşlıq məzhəbçilikdən önə keçməlidir.
Azərbaycan müsəlmanlıq və iudaizmin, müsəlmanlıq və xristianlığın iç-içə yaşadığı, əməkdaşlıq etdiyi bir ölkə modelini ortaya qoya bildiyi kimi, məzhəblərin vəhdətini də bütün İslam dünyasına örnək olaraq təbliğ etməlidir. Buranı ikinci Suriyaya, ikinci İraqa, ikinci Livana çevirmək istəyənlərin arzularını gözlərində qoymalıyıq.
Zatən onsuz da həmrəyliyimizin pozulduğu müstəvilər çoxdur. Biz bir çox müstəvilərdə parçalanmış xalqıq. Məzhəbçilik də Azərbaycan türklərini bölən faktorlardan biridir. Lakin biz bu mənfimizi müsbətə çevirməyi bacarmalıyıq. Və bütün İslam aləmi də məhz bizdən örnək götürməlidir. Azərbaycan tarixən də bütün İslam dünyası üçün yeni ideyalar, yeni örnəklər mənbəyi, məkanı rolunu oynayıb.
P.S. Birlik uğrunda canından keçən İmam Hüseynin, Vətənimiz uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şad olsun
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.