Bəybala Mirzəyev:
Qürur yerimizə çevrilən həmin o an...
Müstəqillik tariximizdə nəhayət ki ilk dəfədir ki, Birinci Qarabağ müharibəsi dönəmində xalqımıza qarşı vəhşiliklərə yol vermiş erməni canilərindən birini ələ keçirmişik və onu tezliklə mühakimə edəcəyik!
22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində 25 soydaşımızı öldürən, 14 nəfəri yaralayan, 358 nəfəri öz yurdundan didərgin salan erməni cəlladlarından biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və qandallanıb.
Bəli, bəli, məhz qürur yerimizə çevrilən həmin o "Laçın" sərhəd-nəzarət məntəqəsində!
Bu hay köpəyi dürüstlüyünü və vicdanını çoxdan itirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə guya "müalicə almaq" adı altında Ermənistana qaçmaq istəyirmiş. Lakin bizim sərvaxt sərhədçilərimiz onu deşifrə etməyi bacarıblar.
O, beynəlxalq axtarışda olan şəxslərdən biri idi.
Adam lap ekşn-filmlərdə olduğu kimi yaxalanıb. Hazırda bu hərbi caninin Bakıya gətirildiyi bildirilir.
Beləliklə, ən yeni tariximizin daha bir parlaq səhifəsi gözümüzün önündəcə yazılmağa başlayır.
Bundan sonra Xocalı qatillərinin hər biri istənilən an Azərbaycanın əlinə keçəcəyi səksəkəsi ilə yaşayacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.