Bəybala Mirzəyev:
Kiçik ölkənin böyük lideri
Bu gün anım günü olan və 1968-1981-ci illərdə Panama dövlətinə rəhbərlik etmiş əfsanəvi general Omar Torrixos`un bioqrafiyasından hazırda Azərbaycan üçün faydalana biləcəyimiz olduqca önəmli bir məqama diqqətinizi çəkmək istəyirəm.
Rusiya və Ermənistan bizim Qarabağ bölgəmizin yaxasından qırsaqqız olub yapışdıqları kimi, vaxtilə Amerika Birləşmiş Ştatları da məşhur Panama kanalının üzərinə öz yırtıcı caynağını qoymuşdu. Belə ki, razılaşmaya əsasən ABŞ 1903-cü ildən Panama kanalından tam istifadə hüququ qazanmışdı. Və Panama dövlətinin eyni adlı kanala heç bir nəzarət etmək imkanı yoxdu. Panama kanalını ABŞ ordusu qoruyurdu. Amerika əsgərləri kanala nəzarət hüququnun geri qaytarılmasını tələb edən istənilən panamalını məhkəməsiz-flansız qətlə yetirirdilər.
Müqaviləyə görə ABŞ-ın Panama kanalından istifadə etmə müddəti 1999-cu ilin sonuna kimi idi. Lakin Birləşmiş Ştatlar isə həmin müqaviləni ləğv edib, Panama kanalını həmişəlik olaraq öz nəzarəti altına keçirməyi düşünürdü.
1968-ci ildə hakimiyyətə gələn cəsur general Omar Torrixos ABŞ-ın bu mənhus planlarını pozdu. Necə deyərlər, cırtdan boyda bir dövlət olan Panamanın hərbçi rəhbəri ABŞ-a meydan oxumağa və kanalın Panama xalqına geri qaytarılması tələbi ilə çıxış etməyə başladı.
General Torrixosun ABŞ prezidentlərinə meydan oxuması bütün dünyada rəğbətlə izlənirdi. Nəhayət, 1977-ci ildə Torrixos ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter ilə gərgin müzakirələrdən sonra razılaşma əldə etməyi bacardı və beləliklə, Atlantik okeanı ilə Sakit okeanı birləşdirən ən qısa su yolu olan Panama kanalı üzərində Panama hökumətinin tam suverenliyinin təmin edilməsinin əsası qoyuldu. Həmin tədrici prosesin yekun mərhələsi olaraq 31 dekabr 1999-cu ildə ABŞ Panama kanalındakı nəzarətindən tam şəkildə imtina etdi. Nəticədə sözügedən kanal və onun ətrafındakı bütün bölgələr Panama dövlətinin suverenliyi altına daxil oldu.
Sözsüz ki, əgər həmin vaxt O.Torrixos qətiyyət, prinsipiallıq və cəsarət nümayiş etdirməsəydi, Panama kanalı bəlkə də bu gün də hələ də ABŞ-ın əsarəti və sömürgəsi altında qalmaqda davam edəcəkdi. General Torrixos nə ABŞ-ın zorbalığından, nə Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi sui-qəsdlərdən, nədəki terror və təxribatlardan zərrə qədər də qorxmadan sonuna qədər dik duruş və inadkar mövqe nümayiş etdirdi, bir addım belə geri çəkilmədi, heç bir güzəştə getmədi.
İndi Azərbaycan da eyni qətiyyət və eyni inadkar mövqe sərgiləməlidir. İlham Əliyev də nə beynəlxalq güclərin, nə İran və Rusiya kimi məkrli qonşuların, nədəki "Laçın" sərhəd postumuzun önündə "TIR şousu" göstərməklə Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoymağa çalışan "Ermənistan" adlı oyuncaq layihənin təxribatları qarşısında əsla geri çəkilməməlidir.
Çox maraqlıdır ki, cüzi istisnalarla hazırda Ermənistan və Rusiya da Azərbaycanın suveren ərazisi olan Qarabağa münasibətdə təxminən ABŞ-ın Panama siyasətinə oxşar siyasət yürüdür. Eynilə ABŞ kimi onlar da cürbəcür təxribatlar törədərək həm Qarabağın erməni icmasının Azərbaycana reinteqrasiya etməsinə mane olur, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, yekun sülh sazişinin imzalanmasına hər cürə əngəl törədirlər.
Lakin Bakının Ermənistanın "Spayka"larının "Laçın" postundan buraxılması tələbinə (təxribatına) terrorçu və hərbi cani Vaqif Xaçaturyanın həbsi ilə cavab verməsi bizim heç bir güzəştə getməyəcəyimizi ortaya qoydu. Və bu cavab həm Xankəndidəki separatçıların, həm Ermənistanın, həm də onların havadarlarının bütün oyunlarını pozdu.
Azərbaycan ermənilərin felinə düşüb sərhədimizə gələn İrəvandakı xarici səfirlərin və Avropa İttifaqının "mülki müşahidə missiyası"nın Kanadadan, Fransadan, Almaniyadan, Belçikadan olan polkovnik və generallarının hamısını "Qızmar günəş altında" günlərlə tərlədib, əlləri ətəklərindən uzun bir şəkildə İrəvana geri dönməyə məcbur etdi.
Bax, bu boy göstərməni, xarakter nümayiş etdirməni axıra qədər davam etdirməliyik. Zərrə qədər də taviz vermək, yumşaqlıq göstərmək, nədəsə güzəştə getmək olmaz. Getsək uduzacayıq. Daha doğrusu, uduzduracaqlar.
Həm də ona görə güzəştə getməməliyik ki, çünki bizim bütün addımlarımız qanunidir. Biz beynəlxalq hüquqa əsaslanaraq hərəkət edirik. Beynəlxalq hüquqda separatçıların nazıyla oynamaq maddəsi yoxdur. Beynəlxalq hüquqda bir ölkənin qanunsuz olaraq başqa ölkənin ərazisinə TIR karvanı göndərmək praktikası da yoxdur. Ümumiyyətlə, son yüz ilin dünya təcrübəsinə bir qədər diqqətlə baxsaq görərik ki, heç bir ölkə separatçıların nazıyla oynamır. Və hər bir ölkə Xaçaturyan tipli separatçılara, terrorçulara qarşı kifayət qədər sərt davranır. Biz də bu ənənədən, bu təcrübədən çıxış etməliyik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.