Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ağcabədi rayonuna səfəri zamanı BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Qadın Resurs Mərkəzinin işi ilə də tanış olub. Fergus Aulda Mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi ətrafında geniş məlumat verilib. Bildirilib ki, layihənin məqsədi münaqişədən təsirlənmiş qadınların münaqişə, eləcə də travmalara qarşı davamlılığını artırmaqdır. Eyni zamanda gender bərabərliyinə və qadınların sosial-iqtisadi hüquqlarının həyata keçirilməsinə yönələrək, gender münasibətlərini tənzimləyən sosial normalara dəyişiklik etmək, yerli qurumların iqtisadi dirçəlişə və kənd yerlərinin inkişafına verdikləri töhfələri gücləndirməklə, onların transformasiyasını stimullaşdırmaq məqsədi daşıyır.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, yanvarın 25-də Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən, “Gənclərin Gender Bərabərliyi Mərkəzi Gender Hub” İctimai birliyi tərəfindən həyata keçirilən BREN layihəsi əsasında erkən nikah, gender bərabərliyi və bu kimi digər mövzuları əhatə edən maarifləndirici təlim keçirilib. Təlimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.
Görüşdə çıxış edən səfir öz ürək sözlərini iştirakçılarla bölüşüb. O, Ağcabədiyə gəlməkdən və tədbirdə iştirak etməkdən məmnun olduğunu qeyd edib. F.Auld bildirib ki, Azərbaycanın hər bir bölgəsinə səfər etməyi planlaşdırır. Səfir eyni zamanda iki ölkə – Böyük Britaniya və Azərbaycan arasında davamlı əlaqələrin qurulmasından da danışıb. Yekunda F.Auld tərəfindən məktəb rəhbərliyinə Böyük Britaniya tarixindən bəhs edən kitab hədiyyə edilib.
Sonra Ağcabədi RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva və məktəbin direktoru Gülbikə Məmmədova çıxış edərək, qonaqları salamlayıb, keçirilən sessiyaların, təlimlərin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Daha sonra FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisi, layihənin təlimçisi Pərvanə Məmmədova çıxış edib. O, gender bərabərliyi, erkən nikahın yaratdığı fəsadlar, onun qarşısının alınmas ailə və məktəb arasında qurulan münasibətlərin vacibliyi, uşaqlar arasında ayrıseçkilik halları və bu kimi digər mövzular haqqında ətraflı məlumat verib. Videoçarxlar nümayiş etdirilib.
Mərkəzin koordinatoru Gülşən Qasımova səfirə rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən görülən işlər, həyata keçirilən təlimlər, fəaliyyətər barədə məlumat verib. Bildirilib ki, Mərkəz qadınların sosial-iqtisadi həyatında mühüm rola malikdir.
Sonra layihə iştirakçıları ürək sözlərini bölüşüblər. Onlar yaradılan şərait üçün bütün qurumlara minnətdarlıq edib, öz istək və ehtiyaclarını bildiriblər. Yekunda bir qrup xanıma təlimlərdə fəal iştirakına görə sertifikatlar təqdim edilib.
Səfir Fergus Auld layihə çərçivəsində Salmanbəyli kəndində aztəminatlı xanım Asimə Mürşüdovanın evində qonaq olub. Çay süfrəsi ətrafında keçən görüşdə səfir, xanımların layihə ilə bağlı fikirlərini öyrənib. Burada təlimlərdə iştirak edib, fəal nəticə göstərən Asimə Mürşüdovaya şirniyyat avadanlığı, Nərminə İsmayılovaya (Salmanbəyli kənd sakini) dərzi avadanlığı, Zenfira Quliyevaya (Qaraxanlı kənd sakini) dərzi avadanlığı və Rəvanə Qasımovaya (Arazbar kənd sakini) gözəllik salonu avadanlıqları təqdim edilib.
Sonda F.Auld göstərilən bütün dəstək və diqqətə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova öz təşəkkürünü bildirib.
Fotomüxbir: Mais Amin AZpress.AZ Ağcabədi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.