Osman Gündüz:
Elektron sənəd dövriyyəsinin təşkili RİNN-ə tapşırıldı
Bir müddət öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları arasında elektron sənəd dövriyyəsinin daha effektiv və çevik olan, biznesə və vətəndaşa inteqrasiyası olan yeni modelini təklif etmişdi.
İRİA bu modeli Prezidentin 27 oktyabr 2018-ci il tarixli fərmanının icrası istiqamətində hazırladığını bildirmişdi.
Bundan dərhal sonra isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti belə bir sənəd dövriyyəsi sisteminin mövcud olması və yenilənməsi haqqında açıqlama vermişdi.
Qurum bunu Prezidentin 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsaslanmaqla açıqlamışdı.
Xatırladıram ki, indiyədək dövlət sektorunda ESD işlərini XRİTDX reallaşdırırdı.
O zaman biz, təklif olunan yeni modelin daha effektiv, cəlbedici və müasir olmasını qeyd etməklə , mövcud reallıqlar baxımından ilk öncə bu paralelçiliyin aradan qaldırılmasının vacibliyini, Prezident Administrasiyası səviyyəsində bunun çözülməsinin vacibliyini vurğulamışdıq.
Bu gün Prezidentin imzaladığı fərman əsasında İRİA-nın təklif etdiyi model dövlət qurumları arasında elektron sənəd dövriyyəsi sistemi olaraq qəbul edulib.
Fərmana görə bu sahədə səlahiyyətlər RİNN-ə verilib.
RİNN qısa müddətdə dövlət qurumlarının qoşulması üçün Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaratmalıdır.
Bütün dövlət qurumları özlərinin sənəd sistemlərini bir il müddətində RSD sisteminə inteqrasiya etməlidir.
XRİTDX isə RSD prosesində təhlükəsizlik və məlumatların təhlükəsiz ötürülməsi məsələlərinə cavabdeh olacaq. Bununla bağlı qurumlara rəy verəcək.
Bildiyim qədər, məxfi məlumatların da dövriyyəsinin təşkili XRİTDX-nin səlahiyyətində qalıb.
Beləliklə, düşünürəm ki, Prezidentin yeni fərmanı dövlət sektorunda rəqəmsal transformasiyanı xeyli sürətləndirəcək.
Bütün dövlət qurumlarının daxili təsərrüfat və sənəd sistemi tam olaraq rəqəmsallaşacaq.
Tender siyahılarına baxanda görmək olar ki qurumların dəftərxana xərclərinə, kağız sənəd dövriyyəsinə də yetərincə vəsaitlər ayrılır. Gözləmək olar ki, bu fərmanın icrası ilə ən azı "kağız" əməliyyatlarına son qoyulacaq, dövlət sektorunda rəqəmsal idarəçilik oturuşacaq, xərclərə və vaxta xeyli qənaət olacaq.
İRİA-nın təklif etdiyi model biznes sektorunun da bu proseslərə cəlb edilməsini nəzərdə tutur ki, bu sektorda da rəqabətli bir biznes mühitinin yaradılmasını gözləmək olar .
Xatırlayıram ki, bundan öncə təklif olunan həllər əsasən bir şirkətin RSD həllərinə söykənirdi.
Düşünürəm ki, fərmanın icrası ilə nəinki dövlət qurumları arasında, eyni zamanda dövlət, biznes və vətəndaş cəmiyyəti arasında münasibətlərin daha effektiv qurulmasıma da ciddi təkan veriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.