Bəybala Mirzəyev:
Azərbaycanın Herostratı...
Müəllifini xatırlamadığım belə bir deyim var ki, guya, "hər bir insanın qəlbinin dərinliyində tarixdə qalmaq arzusu var". Ola bilsin ki, naməlum müəllif bu fikrində həqiqətən də haqlıdır. Ancaq bəzi insanlara isə yalnız Herostrat kimi "tarixdə qalmaq" nəsib olur.
Bu gün Gəncədə dəfn olunan qiyamçı polkovnik də Azərbaycanın Herostratı kimi tarixdə qaldı...
Bəs Herostrat özü kim idi? Və nəyə görə bəzi insanların haqqında "Filankəs herostratlıq edib tarixdə qalmaq istəyir" səpkili sarkastik, kinayəli replikalar, ifadələr işlədilir?
Herostrat - qədim yunan şəhəri Efesdə (indiki Türkiyə ərazisində) yaşayan macəraçı bir gənc idi. Onun olduqca qəribə bir mərəzi vardı - o, öz adını əbədiləşdirmək, hünərini gələcək nəsillərə ötürmək, nəyin bahasına olursa-olsun şöhrət axtarmaq, məşhur olmaq istəyi ilə alışıb yanırdı və bu məqsədinə nail olmaq üçün hər cürə çıllğınlığa da hazır idi.
Beləliklə, şöhrət susuzluğu onu 356-cı ildə dünyanın 7 möcüzəsindən biri sayılan Efes Artemida məbədini yandırmağa sövq edir.
Artemida məbədi qədim yunanlar üçün ən müqəddəs məkanlardan biri sayılırdı. Ona görə də Herostrat buranı heç də təsadüfən seçməmişdi.
Əlbəttə, o, öz iyrənc məqsədini həyata keçirə bildi, məbədi yandırmağa müvəffəq oldu. Və doğrudan da, ulu tarix onun adını qoruyub saxlayıb.
Lakin nə yollasa tarixdə qalmaq istəyi, necə deyərlər, sonda Herostratın özünü də "yandırdı". Herostrat bu əməlinə görə edam edildi. Və Efes sakinləri hətta onun adının tələffüzünü də qadağan etdilər...
Tarixin bu fraqmenti ilə bizim günlərin bəzi çağırışları arasında həddindən artıq oxşarlıq diqqəti cəlb edir. Son iki gündə sabiq baş nazir Surət Hüseynovun Azərbaycan torpağında dəfn edilməsinin əleyhinə səsləndirilən çağırışlar eynən Herostratın adının tələffüzünün qadağan edilməsi tələbinə bənzəyir.
Başqa sözlə desək, tarix həqiqətən də təkrar olunur. Yunanlar Herostrata nifrət bəslədiklərinə görə onun adının tələffüzünü qadağan etmək tələbi ilə çıxış etmişdilər. Azərbaycanlılar isə Surət Hüseynova qarşı qəzəblidirlər. Ona görə də Qarabağ veteranlarından birinin "Satqınları bu torpaqda dəfn etmək olmaz", deyə etirazını bildirməsi cəmiyyətimizdə bir çoxları tərəfindən anlayışla qarşılandı.
Lakin bu çağırışa baxmayaraq S.Hüseynov bu gün Gəncədə torpağa tapşırıldı. Çünki dəfn edilmək hər bir insanın haqqıdır.
İndi o, cismən aramızda yoxdur. Lakin adı isə tariximizdə heç də xoş xatırlanmayacaq tərzdə qaldı.
Düzdür, efesli Herostratdan fərqli olaraq Surət nə bir məbəd, nə də bir məscid yandırmayıb. O, bundan da betərini edib.
Rusiya "QRU"-sunun gizli polkovniki olduğu deyilən S.Hüseynov Birinci Qarabağ müharibəsinin ən kritik dönəmində özünə tabe olan hərbi birlikləri Qarabağdan çıxarıb Bakıya - ali hakimiyyətin üzərinə göndərməklə əslində bütün Azərbaycanı yandırmaq istəyirdi. Məqsəd də Azərbaycanın yenidən keçmiş imperiya paytaxtından - Moskvadan yönəldilməsini təmin etmək idi. Azərbaycan Rusiyanın satellitinə (oyuncaq dövlət) çevrilməliydi. Plan bu qədər açıq idi. Lakin planın həyata keçirilməsinə müvəffəq ola bilmədilər. Elçibəy-Heydər Əliyev tandemi bu planı pozdu.
Bayax Fb dostlarımızdan birinin qiyamçı polkovniklə bağlı bir paylaşımına rast gəldim. Dostumuz haqlı olaraq soruşurdu ki, "Sürət Hüseynov kim olub ki, bu qədər hay-küy düşüb... Ölüb, ölüb də...".
Bəli, onu mifləşdirmək, qəhrəman kimi təqdim etmək mümkün deyil.
Deyirlər, tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində yuva salmaq, xoş xatirələrində yaşamaq lazımdır. Surət isə bunu bacarmadı.
Bu adam ən yeni tariximizdəki nadir fiqurlardan biridir ki, nə iqtidar tərəfdarları, nədəki müxalifətçilər və bitərəflər onun haqqında yaxşı nəsə demirlər.
P.S. Bəli, tarixdə Herostrat kimi qalmaq çox acı sonluqdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.