Musa Qasımlı:
Laçın sərhəd-keçid məntəqəsində sui-istifadə hallarının dayandırılacağına əminlik yarandı
Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin bir müddət sonra Laçın sərhəd-keçid məntəqəsindən keçməklə əvvəlki cinayətkar fəaliyyətlərinin dayandırılacağına və yeni marşrutun işə düşəcəyinə əminlik yarandı. Ermənistanın korrupsiya şəbəkəsinə bulaşan bu şəxslər Komitənin emblemindən sui-istifadə edərək erməni terrorçularını, separatçılarını xəstə adı altında Azərbaycandan çıxarmağa cəhd edirlər, ərazimizə qanunsuz şeylər daşıyırlar. Cənab Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsində dediyi sözlər Komitə üçün yaxınlarda Bakı-Xankəndi marşrutunun açılacağından xəbər verir: “…bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.”
Unutmayaq ki, dövlət başçımız indiyədək nəyi deyibsə onu da edib…
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.