Bəybala Mirzəyev:
"Xoşbəxtlik" çadırları...
"Zolaqlılar"ın (yəni ki, Ermənistanın "Spayka" adlı TIR-larının) bizim Laçın postuna biabırçı "səfər"i başa çatmamış, budəfə Xankəndidən 700-dən çox erməninin Laçın postuna təxribatçı avto-yürüşə hazırlaşması barədə xəbərlərin yayılması əsla təəccüblü deyil.
Zatən Xankəndidəki separatçılar da Ermənistan adlı təxribatçı dövlətin törtöküntüləridir. Ona görə də ruhən bir-birinin davamı olan bu iki pozucu-destruktiv subyektdən (rəsmi İrəvandan və Qarabağdakı separatçı-quldur rejimdən) hər cürə təxribatlar, eskalasiyaya səbəb ola biləcək addımlar gözləmək mümkündür.
Bu mənada, biz bütün ənənəvi və sürpriz hadisələrə hazır olmalıyıq. Ermənilərin mümkün təxribat və aksiya cəhdlərini anında neytrallaşdıra bilməyimiz üçün çevik fəaliyyət planımız olmalıdır.
Ermənistanın Qarabağa “humanitar yardm” şousuna dəstək vermək məqsədilə Xankəndidən Laçın sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” təşkil etməyə hazırlaşan erməniləri yeri gələrsə, heç bir şiddət tətbiq etmədən zərərsizləşdirə bilməliyik.
Bir sözlə, ermənilərə qətiyyən imkan verməməliyik ki, bizi təxribata çəkib, sonra da zorakılıqda, diskriminasiyada, insan hüquqlarının pozulmasında ittiham etsinlər. Çünki heç bir müqəddəs dəyərləri tanımayan, "qırmızı xətt"ləri olmayan ermənilər suyu bulandırmağı və istənilən gərginliyi özləri üçün avantaja çevirməyi yaxşı bacarırlar.
“Dəhlizin blokadasını açmaq uğrunda xalq hərəkatı” adlanan qanunsuz qurumun təşkil etdiyi və üzərinə ingilis dilində “Həkəri körpüsünə sülh yürüşü” şüarı yazılmış avtobuslarla həyata keçiriləcək təxribatçı yürüş-aksiyanın “müəllif”i kimi təqdim edilən Artur Osipyanın sözlərinə görə, qadınların da cəlb ediləcəyi bu yürüş zamanı Laçın postunun yaxınlığında çadırlar quracaqlar və hər hansı bir nəticə əldə edənədək gözləyəcəklər.
Yeri gəlmişkən, bir həftə öncə Araik Arutyunyan da çadıra sığınıb "oturaq aksiya" keçirir və Bakını hədələyirdi. Lakin Araikin "çadır şousu" dərin məyusluqla bitdi.
P.S.
Nə sirrdisə, çadırlara sığınmaq heç vaxt erməniləri xəyal etdikləri xoşbəxtliyə qovuşdura bilmir )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.