Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin iştirakı ilə keçirilən "Şahmat ulduzları" turnirində rapid üzrə yarışlara yekun vurulub. Dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan və mükafat fobndu 15 milyon rubl (370 min manat) təşkil edən bu yarışda Rəcəbov cəmi 4 xal toplayıb ki, bu da ona yalnız 10 iştirakçı arasında 7-ci olmaq imkanı verib. Yarışda birinci yeri 6,5 xalla hindistanlı Raunak Sadhvani tutub. Hərəyə 6 xal toplayan Sergey Karyakinlə Vladislav Artamayevsə (hər ikisi Rusiya) 2-3-cü yerləri bölüşüb.
Sabah şahmatçılar iki dövrədən və 18 turdan ibarət olan bilits yarışına başlayacaqlar.
Qeyd edək ki, sözügedən turnirdə Rəcəbovla yanaşı, Sergey Karyakin, Aleksey Qrişuk, Sanan Syuqirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), hindistanlı Raunak Sadxavini və Qazaxıstan təmsilçisi Bibisara Asaubayeva mübarizə aparır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.