Faiq İsmayılov:
Qərbi Zəngəzur abidələri adlı kitab nəşr ediləcək
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına, “Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği”. Adlı layihə çərçivəsində Azərbaycan və ingilis dillərində “Qərbi Zəngəzur abidələri adlı” kitab nəş ediləcək.
Tədqiqat zamanı Gorus rayonunda 55, Mehri rayonunda 40, Qafan rayonunda 57, Qarakilsə rayonunda 53 memarlıq abidələrinin coğrafi koordinatları onlar haqqında 831 sayda məlumatlar və fotoşəkillər əldə edilmişdir.
Araşdırmalar göstərir ki Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktları kifayət qədər ciddi xarakter alıb. Burada ən utanverici hadisələrdən biri Mehri şəhərində Şah Abbasın tikdirdiyi məscidin formasını dəyişdirib erməni kilsəsi kimi istifadə olunmasıdır.
Ermənistan hakimiyyətinin indiki Ermənistan ərazilərində nəinki islam dövrü memarlıq abidələrinə eləcədə Alban dövrü xristianlıq abidələrinə qarşı da erməni vandalizmini sübut edən onlarla sənədlər və görüntülər mövcuddur.
Beləki, 1921-ci ildə Rusiyanın təşəbbüsü ilə Ermənistan Respublikasının yaradıldığı vaxt Tatev monastırına aid olan icma 47 kəndə malik idi və bu kəndlərdən aldığı verginin hesabına yaşayırdı. Bu cür iqtisadi imkanları sayəsində əvvəllər də müstəqil əsasları olan həvari mənşəli Tatev monastırı Erməni Qriqoryan Kilsəsinə və Eçmiədzin katolikosuna tabe olmaqdan imtina etməklə öz müstəqilliyini elan etdi.
Bu hadisədən sonra, erməni katolikosu Ananiya Mokaçi, erməni himayəçiliyindən imtina edən üsyankar Tatev monastırının dağıdılmasına qərar verdi. O, Tatev Monastrına erməni silahlılarını göndərərək Tatev monastırını xüsusi qəddarlıqla dağıtdılar. Bu cür hadisələr Qərbi zəngəzurun onlarla yaşayış məntəqəsində baş vermişdir. Əminəm ki bu kitab həm öz oxucularımız üçün və həm də xarici oxucular üçün maraqlı olacaqdır.
Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.