Osman Gündüz:
Sabah Bakıda daha bir onlayn seçim baş tutacaq
Dərhal qeyd edim ki, bu, MİDA-nın onlayn mənzil satışı deyil.
Sabah, 8 avqust saat 11.00-da valideynlərin uşaq bağçalarında onlayn növbə tutması prosesinə start veriləcək.
Məlum olduğu kimi Elm və Təhsil Nazirliyi artıq 2-ci ildir ki, bağçalara qəbulu elektron formada təşkil edir.
Ötən bir həftə ərzində valideynlər ETN-nin bağçalara qəbulla bağlı www.bq.edu.az resursunda qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçmək hələ növbə tutmaq hesab olunmur.
Məhz sabah əsas məsələ, bağçalara qəbulla bağlı onlayn növbə tutulması mərhələsi başlayır.
Bir valideyn maksimum 3 bağça seçə bilər.
Prinsip belədir ki, kim bu sistemə birinci daxil olub, siyahıdakı bağçanı seçə biləcəksə onun uşağının bu bağçaya düşmə şansı daha çox olacaq.
Yəni, MİDA sistemində olduğu kimi, burada da kim İT-dən daha cəld və çevik istifadə edə bilirsə onun şansı daha yüksək olacaq, növbə siyahısındakı yeri daha yuxarıda olacaq.
Xatırladıram ki, növbə siyahısında başda olmaq da hələ bağça seçmək anlamına gəlmir.
Qaydalara görə ilk öncə müəyyən qanuni üstünlüklərə malik olan vadieynlərin uşaqları bağçalara qəbul ediləcək. Ondan sonra isə həmin onlayn növbə siyahısı əsasında qəbul apatrılacaq.
Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi isə minimum 5 gündən sonra həyata keçiriləcək.
Əlbəttə, onlayn proses korrupsiya və rüşvət risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bağçalara qəbul Bakı şəhər İcra Hakimiyyətlərinin nəzarətindıə olduğu zaman bu sahədə xeyli neqativlər formalaşmışdı.
Təqdirəlayiqdir ki, ETN bağçalara, 1-ci siniflərə, hazırlıq qruplarına qəbulla bağlı bir sıra rəqəmsal həllər yaradıb və effektiv də tətbiq edilir.
Bununla belə, İT bacarıqlarla bağlı bir çox valideynlərin seçim imkanlarının da öncədən məhdud olması müəyyən riskləri yaradır.
Odur ki, ETN-nin, Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin bu risklərin minimuma endirilməsi üçün, valideynlərə bərabər imkanların yaradılması üçün, şəffaflığın və informasiya açıqlığının, ictimai nəzarət imkanlarının yaradılması üçün əlavə tədbirlər görməsi də faydalı olardı .
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.