Beybala Mirzəyev:
İmperiya təfəkkürünün əsirləri və biz...
Cəmi bir neçə xalqı çıxmaq şərtilə dünyada imperiya sahibi olmuş bütün xalqlar demək olar ki, imperiya təfəkküründən qurtulublar. Rusiya və Fransa isə bunu heç cürə bacarmır.
Müasir Rusiyanın Putin, Medvedyev kimi liderləri birmənalı olaraq imperiya təfəkkürünün daşıyıcılarıdır. Bu mənada, Almaniyanın Federal-kansleri Olaf Şoltsun Putini imperiya təfəkkürünə malik olmaqda ittiham etməsi heç də təsadüfi deyil.
Xatırlayırsınızsa, keçən il O.Şolts Putin haqqında belə demişdi:
“Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”.
Bir dövlətin liderinin başqa bir dövlətin rəhbəri barədə belə bir fikir səsləndirməsi əslində açıq-aşkar təhqir deməkdir. Yəni ki, Şolts bu açıqlaması ilə Putinin üzünə söylədi ki, "sən orta əsrlərdə ilişib qalmısan".
Hal bu ki, Şolts özü də vaxtilə imperiya sahibi olan bir xalqın lideridir. Lakin bugünkü Almaniya dövləti Rusiya Federasiyasından fərqli olaraq "imperiya varisliyi" sindromundan əziyyət çəkmir.
Təəssüf ki, bu gün Rusiyanı idarə edən elitanın əksər üzvləri özlərini ya çar Rusiyasının, yadaki keçmiş Sovetlər İttifaqının hüquqi varisi olan bir dövlətin - metropoliyanın təmsilçiləri kimi aparır. Ən pisi isə budur ki, onlar vaxtilə müstəmləkəçilik yoluyla zorla Rusiyanın (SSRİ-nin) tərkibinə qatılmış indiki postsovet ölkələrinə hələ də öz əraziləri kimi, periferiyaları kimi və yaxud da ki, arxa bağçaları kimi yanaşırlar.
Dmitri Medvedyev kimi biraz da ifrata varan şizofrenlər isə ümumiyyətlə, postsovet ölkələrini keçmişdə dövlət kimi mövcud olmamış subyektlər kimi təqdim edirlər. Bunu Rusiyanın sabiq prezidenti olmuş, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan D.Medvedyevin Ukrayna ilə bağlı son açıqlamasında yer alan sərsəm fikirlərdən də görmək mümkündür.
Medvedyevin sözlərinə görə:
"Ukrayna Rusiya imperiyasının bir parçası olub və 1991-ci ilə qədər ölkə kimi mövcud olmayıb... Hazırda Ukrayna yarısuqut mərhələsini yaşayır və onun bəzi əraziləri artıq Rusiyaya qayıdıb... Lakin hazırda danışıqlara ehtiyac yoxdur. Kiyev diz çöküb sürünərək mərhəmət diləməlidir”.
Dmitri Medvedyevin Telegram kanalında yazdığı bu sayıqlamalar heç şübhəsiz ki, müasir velikorus həyasızlığının zirvə nöqtəsidir.
Medvedyev və onun kimilər təkcə Ukraynanın yox, Qazaxıstanın da, Gürcüstanın da, Moldovanın da və bizim ölkəmizin də haqqında eynilə bu fikirdədirlər. Öz dövlətçilik tarixləri 300-400 ildən o yana keçməyən bu rus şovinistlərinə elə gəlir ki, postsovet ölkələri məhz onların sayəsində dövlətləşmə mərhələsinə qədəm qoyub. Hərçənd ki, Medvedyev təkcə Azərbaycanın son min illik tarixində mövcud olmuş sülalə dövlətlərinin, o cümlədən Səfəvi imperiyasının xronologiyasına ötəri bir nəzər salsa heyrətdən donub qalar.
P.S.
Əfsuslar olsun ki, Putinə, Medvedyevə, Lavrova, Patruşevə, Narışkinə, Tolstoya və bu qəbildən olan digər imperiya qırıntılarına tarixdən mühazirə oxuyub, onların təfəkkürünü dəyişmək imkanımız yoxdur. Belələrinin imperiya təfəkkürünün əsirliyindən qurtulmaları üçün yalnız bir yol qalır - Rusiyanın Ukraynaya məğlub olub bir dövlət kimi parçalanması. Rusiya yalnız Moskoviyadan ibarət olanda rus millətçilərinin imperiya iddiaları nəhayət ki, yavaş-yavaş öləziyib yoxa çıxacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.